Dentokind

Övladını sevən valideynlər üçün körpənin ilk dişinin çıxması – hər zaman bayramdır. İlk dişin çıxması müddəti təmamilə müxtəlif ola bilər. Bu bir qism körpələrdə 3 aydan başlayaraq dişin vaxtından əvvəl çıxması olduğu kimi, digərlərində, əksinə, 1 yaşına yaxın dişin gec çıxması ola bilər. Orta hesabla dişin çıxması 4-7 ayında başlanır. İlk dişlər ilə yaxın görüşün əsas əlamətləri kimi körpədə tüpürcəyin həddindən artıq ifraz olunması, şişkinlik və damaqların qaşınması qəbul olunur. Məhz bu dövrdə körpələr xüsusilə kaprizli olur və böyük diqqət tələb edirlər. Dişlərin çıxması prosesini pis yuxu, qida qəbulundan imtina, bədən hərarətinin qalxması, diareya daha da mürəkkəbləşdirə bilər. Bəs ilk dişlərin çıxmasını böyük sevinclə qarşılamaq üçün körpəyə necə köməklik göstərmək olar?

Dentokind* – təbii kompleksli alman preparatı olub, məhz dişlərin çıxması prosesinin yüngülləşdirilməsi üçün xüsusi olaraq yaradılmışdır. Bu preparatın üstünlüyü onun sistemli şəkildə təsir göstərməsindən və damaqlarda ağrılar, tüpürcəyin həddən artıq ifraz olunması, qaşınma, şişkinlik, iltihab və qulağa keçən ağrı, diareya, bədənin yüksək hərarəti, “bağırsaq sancıları” kimi diş çıxmanın bütün praktiki əlamətlərinin aradan qaldırılması zamanı sistemli şəkildə təsir göstərməsindən ibarətdir. Kompleksli təsiri  Dentokindi yalnız damağa yerli təsir edən və udulma zamanı tüpürcək vasitəsilə daha tez yuyulan  gellərdən və mazlardan sərfəli şəkildə fərqləndirir. İstifadədən əvvəl körpələr üçün Dentokind həbini bir çay qaşığı suda həll etmək tövsiyyə olunur.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə «Mənim uşağım – uşağın sağlamlığına qayğıyla» www.rebenok.co.ua saytı kömək edəcəkdir.

Dentokind – südəmər və azyaşlı körpələrdə dişlərin çıxması zamanı yaranan ağrıları aradan qaldırmağa kömək edir! İlk dişlər? – Dentokind!

Dentokind həbləri №150: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№14-00080 – 10.02.2014 –сi il tarixli.

* Peşəkar fəaliyyətdə istifadə olunmaq üçün tibb və əczaçılıq mütəxəssisləri üşün məlumat. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

DHU A01A D11

0 - dan 6 yaşadək uşaqlarda dişlərin çıxması zamanı ağrılı hallarin və simptomların aradan götürülməsi.

Buraxılış forması:
tab., fl. No 150 

Tərkibi:
Belladonna D6 15 mq/100mq
Chamomilla D6 15 mq/100mq
Ferrum phosphoricum D6 15 mq/100mq
Hepar sulphuris D12 15 mq/100mq
Pulsatilla D6 15 mq/100mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, talk, maqnezium-stearat.

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: A01A D11.

Farmakoloji xüsusiyyətlər:
Südəmər və kiçik yaşlı uşaqlarda qıcıqlanma, narahatlıq, otalgiya (qulaqlarda ağrı), diş ətinin ağrıması, qızdırma və diareya da daxil olmaqla dişlərin çıxması zamanı ağrılı halların aradan götürülməsi.

Göstərişlər: 
Südəmər və kiçik yaşlı uşaqlarda qıcıqlanma, narahatlıq, otalgiya (qulaqlarda ağrı), diş ətinin ağrıması, qızdırma və diareya da daxil olmaqla dişlərin çıxması zamanı ağrılı hallar.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat 
Avropada 2002-ci ildən Dentokind
Azərbaycanda 2014-ci ildən Dentokind

1 yaşa qədər uşaqlar

Kəskin simptomlar zamanı gündə 6 tabletdən çox olmamaq şərti ilə hər saatdan bir 1 tablet. Simptomatika zəiflədikdən sonra gündə 3 dəfə 1 tablet.

1 yaşdan 6 yaşa qədər uşaqlar

Kəskin simptomlar zamanı gündə 12 tabletdən çox olmamaq şərti ilə hər saatdan bir 2 tablet. Simptomatika zəiflədikdən sonra gündə 3 dəfə 2 tablet.

Müalicə kursu: Hər diş cıxarılma hallarda 2-4 gün ərzində. Müalicə kursların təkrarlanması hər diş cixarılma zamanı bir necə dəfə mümkündür.Tabletlərin ağızda tədricən həll olmasına imkan verməklə onları yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul etmək tövsiyə edilir. Südəmər uşaqların müalicəsi zamanı tabletləri az miqdarda suda həll etmək olar ( məsələn cay qaşıqında).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.