Dismenorm

Artıq çoxdandır ki, aybaşı zamanı ağrıların olması fikri qadınlar arasında normal qəbul olunur. Əslində, bu belə deyil. Ağrı olmamalıdır. Əgər ağrılar yaranırsa, o zaman onların səbəblərinin aşkar olunması və aradan qaldırılması üçün həkimə müraciət etmək lazımdır. Hormonal balansın normaya düşməsi və aybaşı dövrünün müxtəlif pozğunluqlarının, AƏS əlamətlərinin və ağrıların aradan qaldırılması zamanı kömək edə bilən təbii preparatlar mövcuddur.  Məsələn, qeyri-hormonal təbii alman preparatı Dismenorm*.

Dismenorm xüsusi olaraq aybaşı dövrünün və mastopatiyanın pozğunluqlarının müalicəsi üçün istehsal olunmuşdur. O aybaşı zamanı qanaxmaların ritmini, intensivliyini və davamiyyətini tənzimləyir, süd vəzilərinin ağrılarını, mastopatiyanı ləğv edir, eləcə də, aybaşıdan əvvəlki sindromun əlamətlərinin kəskinliyini azaldır.

Dismenorm 4 komponentdən ibarətdir: Agnus castus (ibrahim ağacı) – Dismenormun əsas komponenti olub, aybaşıdan əvvəlki sindromun əlamətləri zamanı, nadir, fasiləli aybaşılar zamanı, aybaşı dövrünün ikinci fazasının hormonal çatışmamazlığı nəticəsində yaranan sonsuzluq zamanı  faydalı olur; Pulsatilla (çəmən güləbətini)  AƏS əlamətlərini: baş ağrısını, qıcıqlanmanı, ağlasınmağı, süd vəzilərində və qarnın aşağı hissəsindəki ağrıları, üzdəki, baldırdakı, əl barmaqlarındakı şişkinliyi, üzdəki səpməni götürür; Rosmarinus officinalis (dərman təyinatlı rozmarin) baş ağrısını, baş gicəllənməsini, qarnın aşağı hissəsindəki ağrıları aradan qaldırıb, aybaşının başlanmasına yardım edir, belə ki o, spazmatik və ödqovucu təsirə malik olduğu üçün maddələr mübadiləsini və qaraciyərin fəaliyyətini daha da yaxşılaşdırır; Apis mellifica (bal daşıyan arı) qeyri-müntəzəm aybaşını bərpa etməklə uzunmüddətli qanaxmalar zamanı kömək edir və iltihab zamanı aybaşı dövrünün normallaşmasına yardım göstərir.

Dismenorm yetkin qadınlara və 12 yaşından başlayaraq qızlara tövsiyyə olunur. Uzunmüddətli qəbul zamanı orqanizm tərəfindən asanlıqla qəbul olunur, həm aybaşı dövrünün pozuntuları (ADP), həm də, aybaşıdan əvvəlki sindrom (AƏS) zamanı hormonal fonu bərpa edir. Avropa qadınları artıq 50 ildən artıqdır ki, Dismenorm preparatına etibar edirlər.

Dismenorm qadın hormonlarının qeyri-hormonal qoruyucusudur!

Dismenorm həbləri: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№12-01003 – 27.12.2012- cü il tarixli.

*Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

DHU G02CX

Qadın harmoniyasının qeyri-hormonal gözətçisi

Buraxılış forması: tab., No 80

Tərkibi:
Agnus castus (сухой остаток 1 мг)125 mq
Pulsatilla D3 25 mq
Rosmarinus officinalis D2 25 mq 
Apis mellifica D3 25 mq

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat, buğda nişastası.

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu G02CX

Göstərişlər:
Aybaşı siklin pozuntuları ( ASP), menstrualqabağı sindrom (MQS), mastopatiya, mastodiniya.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin, arı zəhərin toksinlerinə və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq), südəmizdirmə, estrogen asılı şişlər və ya hipofizin şişləri.

Əlavə təsirlər:
Çox nadir hallarda (<1/10 000) Agnus Castus tərkibli dərmanları qəbul edərkən baş ağrısı, baş gicəllənməsi, mədə-bağırsaq traktının pozğunluğu (ürəkbulanma, qarın agrısı), ayrı-ayrı hallarda dəridə səpgi mümkündür. Bu cür arzuolunmaz hallar inkişaf etdikdə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Qarşılıqlı təsir: 
Agnus Castusun aktiv maddələrinin dopamin və estrogenic aktivliyinə əsasən, dopamin, estrogen və antiestrogen reseptorlarına olan aqonist və antaqonist – dərmanlarla qarşılıqlı təsiri ola bilər. Digər dərmanlar qəbul etdikdə, xəstələrə həkimlə məsləhətləşmək tövsiyyə olunur.

Artıq doza: müəyyən olunmayıb.

Saxlanma şəraiti: 25 °С yuxarı temperaturda, quru, uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Almaniyada 1960-cı ildən. Agnus Kastus Pentarkan®
Azərbaycanda 2012-cı ildən Dismenorm

Dismenorm kompleksli homeopatik preparat olub onun tərkibinə sınaqdan keçirilmiş dörd monopreparat daxildir. Onlar süd vəzisinin toxumalarının fibrozlu-kistozlu dəyişikliklərinin (mastopatiyanın) və aybaşı dövrünün pozğunluqlarının müalicəsi zamanı bir-birilərini tamalayırlar. Dismenorm aybaşı qanaxmalarının ritmini, intensivliyini və davamiyyətini tənzimləyərək aybaşıdan əvvəlki sindrom üçün xarakterik olan əlamətləri azaldır. Süd vəzisinin bərkiməsi və ağrı verməsi zamanı (mastodiniya) narahatlığı azaldır. Preparatların komponentlərinin təsiri altında qanda prolaktinin konsentrasiyasının azalması və cinsi hormonların balansının normallaşması baş verir.

Dismenorm 4 komponentdən ibarətdir. Agnus castus (ibrahim ağacı) qurudulmuş dəymiş meyvələri dərman xammalı kimi istifadə olunur. Meyvələrdə çoxlu miqdarda efir yağlarına rast gəlinir. 1,8-sineol, limonen və pinen onların əsas komponenti kimi çıxış edir. Agnus castus prolaktinini inqubasiya edən təsirə malik olub aybaşı pozğunluqlarının müalicəsi üçün, eləcə də, sarı cismin çatışmamazlığı, o cümlədən də, sosuzluq və aybaşıdan əvvəlki sindrom zamanı tətbiq olunur. Pulsatilla (çöl güləbətini). Dərman vasitəsinin əsasını – çiçəklənmiş bitkinin yerüstü təzə hissələri təşkil edir. Birkinin tərkibini yağ turşularının cüzi molekulyar liktonları, triterpenli saponinlər və digər maddələr təşkil edir. Güləbətin yumurtalıqların funksiyalarının çatışmamazlığı, amenoreya, hipomenoreya, aybaşıdan əvvəlki sindrom zamanı effektiv olub, qeyri-müntəzəm aybaşılar (nadir və zəif) zamanı tətbiq olunur. Rosmarinus officinalis (dərman kimi istifadə olunan bibəriyə). Tərkibi efir yağından ibarət olan qurudulmuş yarpaqları dərman xammalı kimi istifadə edirlər. Onun tərkibinə qafur yağı, 1,8-sineol və α-pinen daxildir. Bibəriyə ağrıkəsici, tutmaəleyhinə, ödqovucu, hepatoprotektorlu təsirə malik olub, maddələr mübadiləsini yaxşılaşdırır. Qarnın aşağı nahiyəsində ağrılar, baş ağrıları zamanı effektiv olub, baş fırlanmasını aradan qaldırır, aybaşının başlanmasına yardım edir. Apis mellifica (bal daşıyan arı). Dərman vasitəsinin əsasını – canlı bal daşıyan arılar təşkil edir. Arının zəhərli vəzisinin tərkibindən ibarət apizindən biogenli aminlər, peptidli toksinlər və fosfolipaza və qialuronidaza fermentləri ayrılır. Apis aybaşı dövrünün pozulması (amenoreya, metrorragiya), dismenoreya və yumurtalıqlar və uşaqlığın iltihablı xəstəlikləri zamanı tətbiq olunur. Aybaşının yoxluğu, zəif və nadir aybaşılar, aybaşı qanaxmasının davamiyyətinin artması və aybaşıarası ifrazatların meydana çıxması zamanı kömək edir. Yuvenil amenoreya zamanı xüsusilə effektivdir1,2,3.

Beləliklə, Dismenorm – aybaşı dövrünün funksional pozğunluqlarının, mastopatiyanın, AƏS müalicəsi və profilaktikası üçün qeyri-hormonal kompleksli təbii preparatdır. Dismenorm prolaktanini inqubasiya edən, ağrıkəsici, iltihab əleyhinə, şişmə əleyhinə, ağrı azaldıcı, sarsıntı əleyhinə, sedativ, tonus qaldırıcı təsirə malik olub, yerli qan axınını gücləndirir4. İlk aybaşının başlanması ilə effekt müşahidə olunur4. Dismenormu xəstənin aybaşı dövrünün istənilən günü müraciət etməsinin ilk günündən etibarən təyin olunması tövsiyə olunur4.

1Keller K, Greiner S, Stockebrand P., 1985., In: Homöopathische Arzneimittel. Materialien zur Bewertung, Frankfurt/Main: Govi-Verlag; 1995.
2Boericke W. Agnus castus. In: Pocket Manual of Homoeopathic Materia Medica comprising the Characteristic and Guiding Symptoms of all Remedies (Clinical and Pathogenic). 9th ed., New Delhi: B.Jain Publishers; 1991.
3Murphy R. Rosmarinus. In: Homeopathic Remedy Guide. 1,200 Homeopathic and Herbal Remedies. 2nd ed., Blacksburg: HANA Press; 2000. p. 1498-9
4О.В. Грищенко, Здоровье женщины, 6 (62),2011

Böyüklər və 12 yaşdan yüxarı uşaqlar üçün dərmanı müntəzəm olaraq 1-2 tablet gündə 3 dəfə ən azı 3 ay ərzində. Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra, ağızda onların yavaş-yavaş həllolmasına imkan yaradaraq qəbul etmək lazımdır. Ehtiyac olduqda tabletləri az miqdarda suda həll etmək olar.

 Adətən yaxşılaşma 4 həftədən sonra baş verir. Yaxşılaşmadan sonra dərmanın qəbul tezliyini azaldmaq lazımdır. Menstrual pozğunluqları halda aybaşı müddəti və tezliyi normallaşdırmaq üçün Dismenorm ən azı 3 ay qəbul olunur. Dismenorm yolveriləndir və bu səbəbdən uzun müddət istifadə üçün tövsiyə edilə bilər.

Hamiləlik və laktasiya dövründə istifadə: hamiləlik, laktasiya zamanı dərman istifadə olunmur. Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir.

Uşaqlar: 12 yaşa qədər uşaqlara təyin etmək olmaz.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.