Dormikind

Yuxu – sağlamlığın vacib tərkib hissəsi olub, uşaqlar üçün xüsusilə vacibdir. Yuxuda körpələr böyüyür, istirahət edirlər və onları əhatə edən aləm ilə tanışlıq üçün enerji toplayırlar. Yuxunun davamiyyəti və keyfiyyəti uşağın yaşından, əhval-ruhiyyəsindən və emosional əhvalından asılı olur. Statistikaya görə, körpələrdə yuxu pozğunluğu – bir çox valideynlər üçün problemdir. Əgər körpə uzun müddət yatmırsa, günorta saatlarında narahat yatırsa, gecələr tez-tez oyanırsa, o zaman yalnız Dormikind preparatı belə vəziyyətin öhdəsindən gəlməyə imkan verir.

Dormikind* – təbii kompleksli alman preparatı olub, mükəmməl şəkildə seçilmiş tərkibi sayəsində normal yuxu rejiminə qayıtmaq üçün sizə kömək edir, izafi qıcıqlanmanın və narahatlığın aradan qaldırılmasında yardım edir, yuxunun strukturunu bərpa edir. Vacib olan budur ki, Dormikindin təbii komponentlərdən ibarətdir, yuxu dərmanı və ya sedativ vasitələrdən ibarət deyil, deməli yuxulama və halsızlıq kimi hallar yaratmır. Körpə anadan olandan Dormikindin tətbiqinə icazə verilir. Dormikind həblərini 0 yaşından 4 yaşına kimi körpələr üçün tətbiq etməzdən əvvəl onu bir çay qaşığı suda həll etmək tövsiyyə olunur.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə «Mənim uşağım – uşağın sağlamlığına qayğıyla» www.rebenok.co.ua saytı kömək edəcəkdir.

Dormikind – südəmər uşaqlarda və körpələrdə yuxu pozğunluğunun korreksiyası üçün xüsusi olaraq yaradılmışdır

Dormikind həbləri №150: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№13-00980 – 28.10.2013- ci il tarixli.

* Peşəkar fəaliyyətdə istifadə olunmaq üçün tibb və əczaçılıq mütəxəssisləri üşün məlumat. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

DHU N05C M50

0 - 6 yaşında uşaqlarda yuxu pozulmalarının düzəldilməsi üçün xüsusi ilə nəzərdə tutulmuş

Buraxılış forması: tab., fl. No 150

Tərkibi:
Cypripedium pubescens D4 15 mq
Magnesium carbonicum D10 20 mq
Zincum valerianicum D12 15 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, talk, maqnezium-stearat..

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: N05C M50.

Farmakoloji xüsusiyyətlər:
Dərmanın aktiv komponentləri əsəbilik, qıcıqlanma, narahatlıq kimi simptomlarda effektivdirlər.

Göstərişlər: Südəmər və azyaşlı uşaqlarda həyəcan, narahatlıq və yuxusuzluq hallarında.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Avropada 2002-ci ildən Dormikind
Azərbaycanda 2014-ci ildən Dormikind

6 yaşa qədər uşaqlar: gündə 4 dəfəyə qədər 1 tablet

Müalicə kursu: 2- 4 həfdə.

Tabletlərin ağızda tədricən həll olmasına imkan verməklə onları yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul etmək tövsiyə edilir. Südəmər uşaqların müalicəsi zamanı tabletləri az miqdarda suda həll etmək olar ( məsələn cay qaşıqında).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.