Enterokind

Həyatlarının ilk üç ayı uşaqlarda ağlamağın ən tez-tez rast gəlinən səbəbi - «bağırsaq sancısıdır». Sancı – qarında sancışəkilli ağrılar olub, uşağın narahatlığı ilə müşaiət olunur. Bu zaman körpə qışqırır, ayaqlarını döyür, və əlbəttə ki, valideynlərin ona qarşı laqeyd qalmalarına imkan vermir. Körpələrdə «bağırsaq sancılarının» əsas səbəbi – bağırsağın hərəkət fəallığının diskoordinasiyasında, ferment çatışmazlığında və bunun da nəticəsi olaraq bağırsağı köpdürən qazların əmələ gəlməsi ilə fermentasiya proseslərinin fəallaşmasında təzahür edən mədə-bağırsaq sisteminin tam formalaşmamasından ibarətdir. Bu gün «bağırsaq sancıları» ilə mübarizə üçün: şüyüd suyundan, köpükboğuculardan (simetikonlardan), qaz çıxaran borucuqlardan (!), massajdan və digərlərindən istifadə edirlər. Lakin sadalanan metodlardan heç biri «bağırsaq sancılarının» yaranması səbəblərinə və ilkin mexanizmlərinə təsir göstərmir. Məsələn, şüyüd suyu bağırsaq əzələlərinin spazmalarının aradan qaldırılması hesabına yelqovucu təsir göstərir (bağırsaqdan qazları kənarlaşdırır). Simetikon əsaslı preparatlar – bağırsaq qazlarının köpüklərinin səthi gərilməsinin dəyişdirilməsi,  onların əmələ gəlməsini mürəkkəbləşdirmək və artıq yaranmış köpükləri dağıtmaq və bununla da, bağırsağın gərilməsini azaltmaq qabiliyyəti hesabına təşkil olunur. Bütün bunlar üçün ən gözəl alternativ Enterokind preparatı ola bilər.

Enterokind* – təbii kompleksli alman preparatı olub, südəmər uşaqların və azyaşlı körpələrin qarınlarında ağrılar ilə müşayət olunan  «bağırsaq sancılarının», köpmənin və meteorizmin, funksional bağırsaq pozğunluqlarının aradan qaldırılması üçün tətbiq olunur.

Enterokindin üstünlüyü – çoxprofilli təsirə malik olmaqdan ibarətdir. Enterokind praktiki olaraq müxtəlif mənşəli sancılar zamanı ağrılı vəziyyəti (spazmaları, külli miqdarda qazın əmələ gəlməsini) yüngülləşdirə bilər, çünki o,  nəinki onların əlamətlərinə, həmçinin yaranması səbəblərinə də təsir göstərir (nəcisin ifraz olunmasını yaxşılaşdırır və ən əsası sinxronlaşdırır və yaş həddinə müvafiq olaraq həzm fermentlərinin ifraz olunmasını normallaşdırır). Preparatın unikallığı məhz bundan ibarətdir. Buna gərə də, heş də təəccüblü deyildir ki, aparılan kliniki tədqiqatların nəticələrinə əsasən Enterokind simetikondan 2 dəfə effektivdir1. Enterokind orqanizm tərəfindən yaxşı qəbul olunur və uşaqlar üçün  anadan olan vaxtdan istifadəsinə icazə verilir. Bu preparat ilə müalicə kursu – 3-6 gün təşkil edir.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə «Mənim uşağım – uşağın sağlamlığına qayğıyla» www.rebenok.co.ua saytı kömək edəcəkdir.

Enterokind – «bağırsaq sancılarının» əlamətlərinin sürətlə yüngülləşdirilməsi və qarında ağrıların, o cümlədən də, südəmər uşaqlarda və azyaşlı körpələrdə köpün və meteorizmin aradan qaldırılmasıdır!

Enterokind damcıları 20 ml: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. №UA/4953/01/01 16.09.2011  ci il tarixli.

* Peşəkar fəaliyyətdə istifadə olunmaq üçün tibb və əczaçılıq mütəxəssisləri üşün məlumat. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.
1 İlyenko L. İ. Və müştərək müəlliflik. // SÜDƏMƏR UŞAQLARDA VƏ HƏYATININ İLK GÜNLƏRİNİ YAŞAYAN YENİ DOĞULMUŞLARDA MƏDƏ-BAĞIRSAQ SİSTEMİNİN FUNKSİONAL POZĞUNLUQLARININ MÜALİCƏSİ HAQQINDA MƏSƏLƏYƏ YANAŞMA //Pediatriya, Cild 89 (5), 2010.

DHU A03A X20

0-dan 6 yaşadək uşaqlarda garın sancisi və meteorizm simptomlarını tez aradan göturmək ücün

Buraxılış forması:
daxilə qəbul etmək üçün damcı, məhlul fl.20 ml, No 1. 

Tərkibi:
Chamomilla D6 10 q/100 q
Cina D6 10 q/100 q
Colocynthis D6 10 q/100 q
Lac Defloratum D6 10 q/100 q
Magnesium chloratum D6 10 q/100 q

Köməkçi maddələr: ksilitol, 85%-li qliserin, təmizlənmiş su.

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: A03A X20.

Farmakoloji xüsusiyyətlər:
Dərmanın aktiv komponentləri meteorizm və qarın agrısını ( o cümlədə bağırsaq sancısını) azaldırlar.

Göstərişlər: Südəmər və kiçik yaşlı uşaqlarda “uşaq” ( bağırsaq) sancısı və meteorizm.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti: 
Reseptsiz buraxılır.

Qeydiyyat 
Avropada 2002-ci ildən Enterokind
Azərbaycanda 2014-ci ildən Enterokind

6 yaşa qədər uşaqlar: 

  • kəskin simptomlar zamanı gündə 6 dəfədən çox olmayaraq hər saatdan bir 3 damcı; 
  • simptomlar zəiflədikdən sonra gündə 3 dəfə olmaqla hər dəfə 3 damcı.

Müalicə kursu — 3–6 gün.

Damcını yeməkdən yarım saat əvvəl və ya yeməkdən yarım saat sonra, udmazdan əvvəl onu ağızda bir qədər saxlamaqla, qəbul etmək tövsiyə olunur. Ehtiyac olduqda damcını az miqdarda suda həll etmək olar ( məsələn, cay qaşıqinda).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.