İmmunokind

Uşaqlıqda immun sistemin düzgün formalaşması – sağlam gələcəyin təminatçısıdır. İmmun sistemi möhkəmləndirmək və düzgün inkişaf etməkdə ona kömək etmək çox zəruridir. Bu xüsusilə də, hələ də yetişmə mərhələsində olan uşaq immunitetinə aiddir. Əgər immunitetin zəifliyi əlamətləri üzə çarpdıqda yubanmaq olmaz: uşaq tez-tez soyuqdəymədən, tonzilitdən, otitdən, bronxların soyuqlamasından, qaymoritdən əziyyət çəkir və hər dəfə sağalma prosesi daha da uzanır. Süni qidalanmaya daha erkən yaşından keçən və ya pis ekologiyaya malik ərazidə yaşayan uşaqlar möhkəm immunitetləri ilə lovğalana bilməzlər. Bəs nə etməli?

İmmunokind* – təbii kompleksli alman preparatı olub, mükəmməl şəkildə seçilmiş tərkibi sayəsində südəmər uşaqlarda və körpələrdə immun sistemin vaxtlı-vaxtında zəruri yetişmə mərhələlərindən keçmələrinə kömək edir, daha tez-tez soyuqdəymələrə səbəb olan infeksiya ilə mübarizədə orqanizmin müdafiə qüvvəsini möhkəmləndirir, soyuqdəymələr zamanı sağalmağa və soyuqdəymədən sonra orqanizmin bərpa olunmasına şərair yaradır. Anadan olduqları vaxtdan yeni doğulanlar üçün İmmunokindin istifadəsinə icazə verilir. Preparatın qəbul kursu 1,5–2 ay təşkil edir.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə «Mənim uşağım – uşağın sağlamlığına qayğıyla» www.rebenok.co.ua saytı kömək edəcəkdir.

İmmunokind – südəmər uşaqların və körpələrin immunitetinin formalaşması və möhkəmləndirilməsi üçün əsas!

Immunokind həbləri №150: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV № 13-00981 – 28.10.2013  - ci il tarixli.

* Peşəkar fəaliyyətdə istifadə olunmaq üçün tibb və əczaçılıq mütəxəssisləri üçün məlumat. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

DHU A12AX

0-6 yaş uşaqların immun sisteminin gücləndirilməsi və formalaşması üçün əsas 

Buraxılış forması:
150 tablet, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

Tərkibi:
Calcium carbonicum Hahnemanni trit. D6 20 mq
Calcium fluoratum trit. D6 20mq 
Calcium phosphoricum trit. D6 20mq 
Sulfur jodatum trit. D12 20 mq 

Köməkçi maddələr: mikrokristallik sellüloza, talk, maqnezium-stearat.

Farmakoterapevtik qrupu:
Homeopatik dərmandır. АТK kodu: A12A X

Farmakoloji xüsusiyyətlər:
Orqanizmin immunetitini güçləndirmək üçün, həmçinin az yaşlı və südəmər uşaqlarda tez tez təkrarlanan tənəffüs yollarının infeksion-iltihabi xəstəliklərinin (nazofaringit, tonzillit, otit, bronxit) qarşısının alınması üçün istifadə olunur. Profilaktik tədbir kimi istifadə oluna bilər.

Göstərişlər: 
Tənəffüs yollarının tez-tez və təkrar kəskin infeksion və iltihabi xəstəlikləri zamanı immunitet sistemini dəstəkləmək.

Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti:
Bu dərmanın saxlanılması üçün heç bir xüsusi şərait tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.
Karton qutunun və ya flakonun üstündə yazılan yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat 
Avropada 2002-ci ildən İmmunokind
Azərbaycanda 2014-ci ildən İmmunokind

6 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1 tablet.

Müalicə kursu: 6-8 həfdə.

Tabletler yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul edilməlidir, ağızda yavaş yavaş əriyir. Lazım gəldikdə tableti az miqdar suda həll edilə bilər.

Əvvəlcədən həkimlə məsləhətləşmədən uzun müddətli müalicə üçün qəbul etmək məsləhət deyil.

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.