Influsid

Statistikaya görə, KRVİ və qrip – bəşəriyyətin xəstələndiyi ən geniş yayılmış xəstəliklərdir. Bu xəstəlikləri doğuran külli miqdarda və artmaqda olan virusların müxtəlifliyini nəzərə alaraq onun öhdəsindən uğurla gələn preparatın varlığı zəruridir.

İnflusid* – təbii kompleksli alman preparatı olub, nəinki qrip viruslarına, eləcə də, KRVİ doğuran bir çox viruslara virus əleyhinə təsir göstərir**.

Artıq xəstəliyin başlanğıcında İnflusid KRVİ və qripin müxtəlif təzahürlərinin: baş ağrısının, əzələlərdə ağrıların, titrətmə ilə gələn qızdırmanın, rinitin, faringitin sürətlə aradan qaldırılmasına yardım edir.  İnflusid – interferonun güclü təbii induktordur, interferon isə – orqanizmin müdafiə xəttinin birinci vacib elementidir. İnflusidin daha bir üstünlüyü  – keçirilmiş xəstəliklərdən sonra asteniya təzahürlərini (zəiflik və yorğunluq) əhəmiyyətli şəkildə azaltmaq qabiliyyətidir. Yəni xəstəlikdən sonra siz adi həyat tərzinə daha sürətlə qayıda bilərsiniz.

İnflusid – nəinki viruslar ilə fəal şəkildə mübarizə aparan, eləcə də, KRVİ və qripin əlamətlərini aradan qaldıran, həmçinin, immuniteti gücləndirən və viruslardan müdafiə edən preparatdır. Məhz bunun sayəsində, İnflusidi KRVİ və qripin müalicəsi və profilaktikası üçün tətbiq etmək mümkündür.

İnflusid iki cür buraxılış formasına malikdir: həblər (yaşlılar və 1 yaşından başlayaraq uşaqlar üçün buraxılır) və damcılar (yaşlılar və 12 yaşından başlayaraq uşaqlar üçün buraxılır), şəklində olub, əczaçıxanalarda reseptsiz buraxılır.

İnflusid – KRVİ və qripin təcili profilaktikası və müalicəsi üçün!

İnflusid həblər: istehsalçı  DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№12-01004–27.12.2012-ci il tarixindən; 

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.
Yeropkin М. Y. və başqaları. məqalənin adı/ RTJ Tibbi icmal. – 2011. – № 18. 

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

DHU R05X

Gripin və KRVİ müalicəsi və profilaktikası. Təbii interferon induktoru.

Buraxılış forması: 20 tablet, blisterlərdə. 3 blister (60 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi:
Aconitum Trit. D3 25 mq
Gelsemium Trit. D3 25 mq
Ipecacuanha Trit. D3 25 mq
Phosphorus Trit. D5 25 mq
Bryonia Trit. D2 25 mq
Eupatorium perfoliatum Trit. D1 25 mq

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium-stearat, qarğıdalı nişastası.

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi АТK kodu: R05X.

Göstərişlər: Qripin və KRVİ müalicəsi və ptofilaktikası.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Çox nadir hallarda hiperhəssaslıq reaksiyaları, məsələn dəridə səpgilər, o cümlədən mədə-bağırsaq pozğunluqları: bulantı, qusma, və ya ishal. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Almaniyada С1928-ci ildən Nizilen
Azərbaycanda 2012-ci ildən İnflusid

Influcid – kompleksli homeopatik dərmandır. Qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün 6 ən uyğun olan aktiv maddələr ehtiva edir. Kəskin tənəffüs yolulların infeksiyası zamanı müşaidə olunan tipik simptomlarını: qızdırma, baş ağrısı, əzələ ağrısı, habelə rinit, faringit, sürətlə aradan kötürür. Bədənin təbii müdafiəsini artırır və xəstəlikdən sonra sürətli bərpasına kömək edir və tükənmə (astenik sindromu) əlamətlərinin inkişafını qarşısınını alır. Xəstəliyin ilk əlaməti və ya dərhal xəstə kəslərlə təmasdan sonra xəstəliyin inkişafının qarşısını almaq üçün kömək edir.

VACİB:

  • İnflusid sübut olunmuş optimal interferonindusial aktivliyə malikdir. İnflusidin interferonindusial aktivliyi Sikloferonla müqayisə oluna bilər. 

Erşov F.İ. Qrip və KRVİ-nin rasional farmakoterapiyası «Фарм. вестник», 2003, No 39
İnflusidin mövsümi (H1N1 H3N2 и B) və pandemik A qripində (H1N1) virusa qarşı aktivliyi sübut olunub
KRVİ -ə səbəb ola biləcək geniş spektrli viruslarla münasibətdə adenoviruslar, koronaviruslar, respirator-sensitial viruslar və paraqrip kimi viruslara qarşı in vitro akivliyə malikdir; 
Eropkin M.Y., Qriqoryeva V.A. “İnflusid preparatının model sistemlərdə aktivliyi”// МЕДЛАЙН-Экспресс, 2007No6 s.23-26

  • İnflusid preparatının qəbulu fonunda uşaqlarla müqayisədə KRVİ xəstəliyinə yoluxma 2 dəfə aşağı düşür (medikamentoz profilaktika istisna olma şərti ilə).
  • Qrippozlu infeksiya və digər KRVİ-da İlflusidin effektivlik indeksi 80%-ə kimi təşkil edir. Bu da İnflusidi respirator viruslara qarşı yüksək effektivliyi ilə seçilən preparatlar sırasına daxil etməkə imkan verir**

Qarashenko T.İ., Qaraşenko M.B., Mezentseva M.B.

  • Qrip və KRVİ-nin profilaktikası və müalicəsində qomeopatik preparatların kliniki-immunoloji əsaslandırılması// Русск. мед. журн.-2005.-Т.13, No21.- S. 1432-1437.

İnflusidin 1 ay ərzində preventiv istifadəsi KRVİ –nin ağırlığının, keçmə müddətinin və yoluxma hallarının 3 ay ərzində aşağı düşməsinə səbəb olur. 
Mokkiya-Serbina S.A., ПАГ,№6,2009

 

Kəskin vəziyyətlərdə: 1 yaşdan 12 yaşa qədər uşaqlar yaxşılaşma baş verənə qədər hər iki saatdan bir (gündə 8 tabletdən çox olmayaraq) 1 tablet; sonra- tam sağalana qədər gündə 3 dəfə 1 tablet.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: yaxşılaşma baş verənə qədər hər saatdan bir 1 tablet (gündə 12 tabletdən çox olmayaraq); sonra- tam sağalana qədər gündə 3 dəfə 1-2 tablet.

Müalicənin davamı – 7-10 gün.

Gripin və KRVİ profilaktikası ücün:

1 yaşdan 12 yaşa qədər uşaqlara - gündə 3 dəfə 1 tablet.
12 yaşdan yuxarı uşaqlara və böyüklərə - gündə 3 dəfə 1-2 tablet təyin olunur.

Yüksək bədən temperaturu saxlandıqda və ya 39°C-dən yuxarı olduqda, simptomatika saxlandıqda və ya qeyri-məlum olduqda, həmçinin yeni simptomlar yaranan zaman həkimlə məsləhətləşmək lazımdır, belə ki, söhbət tibbi yardım tələb edən xəstəliklərdən gedə bilər.

Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra, ağızda onların yavaş-yavaş həllolmasına imkan yaradaraq qəbul etmək lazımdır; 3 yaşa qədər uşaqların müalicəsi zamanı bir miqdar suda həll etmək tövsiyə olunur( məsələn cay qaşıqında).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Yüksək bədən temperaturu saxlandıqda və ya 39°C-dən yuxarı olduqda, simptomatika saxlandıqda və ya qeyri-məlum olduqda, həmçinin yeni simptomlar yaranan zaman həkimlə məsləhətləşmək lazımdır, belə ki, söhbət tibbi yardım tələb edən xəstəliklərdən gedə bilər. 

Uşaqlar: İnflusid tabletlər 1 yaşdan yuxarı uşaqlara təyin oluna bilər.

Çölyak xəstəliyi olan xəstələrdə ehtiyatla. Tablet şəklində Influcidin tərkibində buğda nişasta və laktoza var, ona ğörə də qalaktozaya dözümsüzlük nadir irsi formalarda, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorpsiya sindromu ilə olan xəstələr bu dərmanı istifadə etməməlidir.

Hamiləlik və ya döş qidalanma zamanı istifadə: Ümumi qəbul olunmuş prinsiplərə əsasən hamiləlik və ya döş qidalanma zamanı dərmanın istifadəsi yalnız ana üçün gözlənilən fayda nisbəti və döl/körpə üçün potensial risk qiymətləndirilməsindən sonra mümkündür.

Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.