Kindinorm

Bu gün uşaq bağçalarında və məktəblərdə məşğələlərin sayını, mürəkkəbliyini və zənginliyini nəzərə alaraq praktiki olaraq hər bir uşağa ”vurderkind” adı verə bilərik. Lakin övladlarının uğurlarına sevinməkdən savayı çox təəssüflər olsun ki, əksər hallarda onların diqqətsizliyi və diqqət dağınıqlığı ilə bağlı şikayətlər eşitmək mümkündür. Bu cür problem mövcuddur. Uşaqların diqqətinin pozulması səbəblərinə həddən artıq yorğunluq və təbiətən xas olan həddən ziyadə fəallıq aiddir. Əgər uşaq fasiləsiz şəkildə hərəkət edirsə,yerində uzun müddət otura bilmirsə, çox danışırsa, başqalarını dinləmədən onların sözünü kəsirsə, söhbətlərə müdaxilə edirsə, kənar qıcıqlandırıcılar ilə bağlı olaraq yerinə yetirilən tapşırıqlardan asanlıqla yayınırsa, ona ünvanlanan nitqi eşitmirsə, «buludlarda uçursa», sinif/ev tapşırıqlarında külli miqdarda təsadüfi səhvlər buraxırsa, işin təfsilatlarında diqqətini toplaya bilmirsə, əksər hallarda nəticələri barədə düşünmədən impulsiv hərəkət edirsə, davranışı ilə ailədə, uşaq baxçasında, məktəbdə problemlər yaradırsa, və tez-tez həmyaşıdları ilə münaqişəli vəziyyətlər yaşayırsa, o zaman burada söhbət, məhz bu cür təbii xüsusiyyətdən gedir. Nə etmək lazımdır?

Uşağınızın daha diqqətli olmasına, onun konsentrasiya diqqətinin cəmlənməsinə, öyrənmə qabiliyyətinin yaxşılaşdırmasına, həddən ziyadə fəallığının azaldılmasına təbii kompleksli alman preparatı olan  Kindinorm * kömək edə bilər.

Kindinorm N, tərkibi sayəsində öyrənmə qabiliyyətini yaxşılaşdırır, konsentrasiya diqqətini cəmləyir, yüksək fəallığı və impulsivliyi azaldır və uşağın yeni ətraf mühitə uygunlaşmasını yüngülləşdirməklə1, 1 yaşından başlayaraq uşaqlar və yeniyetmələr üçün tətbiq olunmasına icazə verilir. Kindinorm N preparatının təbii tərkibə malik olması, psixotrop vasitə olmaması (neyroleptiklər, sedativ vasitələr) çox vacibdir. Deməli,  bu preparat onlara xas olan əks təsirlər göstərmir.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə www. kindinorm.ua saytı kömək edəcəkdir.

Kindinorm – uğurlu və xoşbəxt uşağın tərbiyə olunmasının müasir metodudur!

Flakonda 10 qram çəkidə Kindinorm N qranulaları: istehsalçı  DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№13-01182 – 13.12.2013 - ci il tarixli

1Ukrayna BST məlumat vərəqi: qanda dəmirin çatışmazlığı ilə məktəbəqədər yaşında uşaqlarda koqnitiv pozğunluqların aradan qaldırılması.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

DHU N06B X20

Uğurlu və xoşbəxt uşaqın müasir təlim üsulu!

Buraxılış forması:
10 q qranul, şüşə flakonlarda, No 1 

Tərkibi:
Chamomilla D12 25 mq/10 q
Kalium phosphoricum D6 25 mq/10 q
Staphisagria D12 25 mq/10 q
Valeriana D6 25 mq/10 q

Köməkçi maddələr: saxaroza

Farmakoterapevtik qrupu:
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: N06B X20.

Farmakoloji xüsusiyyətlər:
Homeopatik kombinəolunmuş dərman vasitəsi uşaqlar və böyüklərdə davranış və koqnitiv pozmaları aradan qaldırır. Dərmanın aktiv komponentləri diqqətin toplanmasının pozulması, oyanıqlığın artması, hövsələsizlik, təlimdə çətinliklər, yuxu pozğunluğu və ya ümumi zəifliklə kimi simptomları aradan göturur. Həmçinin, dərman xəstənin psixikasına sakitləşdirici və sabitləşdirici təsir göstərir.

Göstərişlər: 
Uşaqlarda və böyüklərdə diqqətin toplanmasının pozulması, oyanıqlığın artması, hövsələsizlik, təlimdə çətinliklər, yuxu pozğunluğu və ya ümumi zəifliklə müşayiət olunan davranış pozğunluqları

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: Bu dərman vasitəsinin saxlanması üçün xüsusi şərait tələb olunmur. Uşaqlar üçün əlçatmaz yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Avropada 2002-ci ildən Kindinorm
Azərbaycanda 2014-ci ildən Kindinorm

1-5 yaşlı uşaqlar: gündə 1-3 dəfə 2 qranul

6-11 yaşlı uşaqlar: gündə 1-3 dəfə 3 qranul

Böyüklər və 12 yaşlı və daha böyük uşaqlar: gündə 1-3 dəfə 5 qranul

Yaxşılaşma baş verdikdən sonra preparatın qəbul tezliyini azaltmaq olar. Qranulları yeməkdən yarım saat əvvəl və ya yeməkdən yarım saat sonra, ağızda tədricən həll olmasını təmin etməklə, qəbul etmək tövsiyə olunur. Ehtiyac olduqda qranulları az miqdarda suda həll etmək olar( məsələn cay qaşıqında).

Müalicə kursu: fərdi qaydada həkim tərəfindən müəyyən olunur; adətən 8 həftə. 8 həftə ərzində yaxşılaşma baş vermədikdə və ya əlavə gözlənilməyən ağırlaşmalar meydana çıxdıqda aparılan müalicəyə yenidən baxmaq lazımdır.

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Dərmanın tərkibində saxaroza var. Fruktozaya dözümsüzlük, qlükoza-qalaktoza malabsorpciya sindromu və ya saxaroza-izomaltaz çatışmazlığı ilə olan xəstələr bu dərmanı istifadə etməməlidirlər. 

Uşaqlar: 1 yaşa qədər uşaqlarda KİNDİNORM dərmanın təhlükəsizliyi və effektivliyi kifayət qədər subut olmadıgı səbəbindən preparatı təyin etmək məsləhət deyil. 1 – 6 yaş uşaqların müalicəsinin başlanmasına qədər həkim müayinəsindən keçməlidirlər. 

Hamiləlik və ya döş qidalanma zamanı istifadə: Ümumi qəbul olunmuş prinsiplərə əsasən hamiləlik və ya döş qidalanma zamanı dərmanın istifadəsi yalnız ana üçün gözlənilən fayda nisbəti və döl/körpə üçün potensial risk qiymətləndirilməsindən sonra mümkündür.

Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.