Prospan

Soyuqdəymə demək olar ki, həmişə öskürək ilə müşayiət olunur. Lakin öskürəyin heç də xəstəlik deyil, tənəffüs yollarının təmizlənməsi və müdafiəsi ilə bağlı orqanizmin reaksiyası olduğunu nəzərə alsaq, o zaman onu aradan qaldırmağa can atmaq lazım deyil, sadəcə, təbii funksiyalarının həyata keçirilməsində ona kömək etmək lazımdır.

Adətən, yapışqan şəklində olan bəlğəm və bronxlarda spazmalar tənəffüs yollarının azad olması üçün güclü maneə yaradır. Bitki əsaslı preparat olan Prospan® bu cür müqaviməti dəf etməyə yardım göstərərək, nəinki bəlğəmi yumşaldır, eləcə də, onun fəal şəkildə ifraz olunması və yolundakı maneələrin – bronx ağacının spazmalarının aradan qaldırılması üçün bütün səylərini səfərbər edir.

Prospan®* – sarmaşıq yarpaqlarının original, standartlaşdırılmış quru məhlulu əsasında hazırlanmış bitki əsaslı alman preparatıdır (yalnız Prospanın® istehsalı üçün istifadə olunur). Prospan® öskürəyin istənilən növünün, hətta tütün çəkən insanın öskürəyinin müalicəsi üçün nəzərdə tutulur və sübuta yetirilmiş bronxolitik təsirə malik, bəlğəm qaytaran, bitki əsaslı preparatdır. Prospan® tərkibində spirt, boya maddələri və şəkər yoxdur. Yuxarıda deyildiyi kimi, Prospan® tüpürcəyin durulaşmasına, onun tənəffüs yolları ilə daha fəal şəkildə ifraz olunmasına yardım göstərərək bronxların əzələlərində spazmanın aradan qaldırılması üçün vacibdir. Prospanın® üstün cəhətlərinə yeni doğulmuşlardan başlayaraq bütün yaş qrupları üçün tətbiqi imkanını aid etməklə yanaşı, dərman vasitələrinin xoşagələn dadını və forma müxtəlifliyini, yəni sirop, köpüklənən forte həbləri və qablaşdırmada məhlul şəklində olmalarını da şamil etmək mümkündür.

Öskürürsünüz? – Prospan®!

Prospan siropu: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№10-00474 – 19.06.2009ci il tarixli;   
Prospan məhlulu 20 ml: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG  (Almaniya), h. h. № DV№ 09-01509 – 16.07.2009 - cu il tarixli. 

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

HEDERA HELIX 
Engelhard Arzneimittel R05C A16

ÖSKÜRƏK? PROSPAN!

Buraxılış forması: peroral olaraq istifadə etmək və inhalyasiya üçün damcılar.
inhalyasiya üçün damcılar. Tıxac-damcıladıcı və burulan qapağı olan 20 ml tünd şüşə flakonlarında. Hər bir flakon istifadə üzrə təlimatla birlikdə karton qutusuna qoyulmuşdur.

Tərkibi: aktiv komponent: 1,0 ml məhlulun tərkibində sarmaşıq yarpaqlarının quru ekstraktı – (5-7,5:1) – 0,02q.

Köməkçi maddələr: cirə yağı, razyana yağı, istiotlu nanə yağı, natrium-saxarin, etanol 96%, təmizlənmiş su

Təsviri: Spirt və fenhel qoxusu olan tünd qəhvəyi rəngdə maye. Saxlama prosesində bulanıqlıq və çöküntü əmələ gələ bilər.

Farmakoterapiya qrupu:
Bitki mənşəli bəlğəmgətirici vasitə. ATK-kodu: R05CA

Farmakoloji təsiri:
Öskürəyə qarşı bitki tərkibli preparat. Bəlğəmgətirici, mukolik və bronxospazmolitik təsir göstərir. Bəlğəmin uyuşqanlığını azaldır və onun ayrılmasına kömək edir.

İstifadə üçün göstərişlər. Bəlğəmgətirici vasitə şəklində, bəlğəmin ayrılmasının çətinləşməsi ilə öskürəklə müşahidə edilən nəfəs yollarının kəskin və xroniki iltihab xəstəliklərinin müalicəsi üçün.

Əks-göstəriş:
Peroral olaraq istifadə zamanı: preparatın komponentlərinə qarşı artmış həssaslıq, uşaq yaşı (1 yaşadək); alkoholizm və etil spirtinin qəbul edilməsi əks-göstərişli olan digər hallar zamanı. (larinqospazmın yaranması ehtimalı). Ehtiyatla: qaraciyər xəstəlikləri, kəllə-beyin travması, baş beyin xəstəlikləri zamanı.

Əlavə təsirlər: Preparatın komponentlərinə qarşı allergik reaksiyaların baş verməsi mümkündür.

Digər müalicə-dərman vasitələri ilə qarşılıqlı təsiri: 
Preparatdan, öskürəyi yatıran müalicə vasitələri ilə eyni zamanda istifadə edilmir, çünki bu suyuqlaşmış bəlğəmin çıxmasını çətinləşdirir.

Artıq doza: 
Dərmanı cox miqdarda qəbul edərkən (gündəlik dozadan 3 dəfə çox): ürək bulantı, qusma və ya ishal ola bilər. Bu hallarda həkimə müraciət etmək lazımdır.

Saxlanma şəraiti: 25 °С yuxarı temperaturda, quru, uşaqların əl çatmayan yerdəsaxlamaq lazımdır.

Yararlılıq müddəti: 4 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Azərbaycanda 2012-cı ildən PROSPAN damcı

Peroral olaraq.
1-3 yaşında olan uşaqlarda 10 damcı gündə 3-5 dəfə;
4-7 yaşında olan uşaqlarda 15 damcı gündə 3-5 dəfə;
 yaşdan yuxarı olan uşaqlarda və yeniyetmələrdə 20 damcı gündə 3-5 dəfə. 

Damcıları yeməkdən əvvəl qəbul etmək lazımdır. Tövsiyyə edilir ki, kiçik uşaqlara damcılar böyük miqdarda su ilə birlikdə verilsin. Müalicə kursu xəstəliyin ağırlığı ilə müəyyən edilir, müalicənin minimal kursu 1 həftə təşkil etməlidir.

Terapiya effektinin möhkəmləndirilməsi üçün xəstəlik simptomlarının aradan qaldırılmasından sonra müalicənin daha 2-3 gün ərzində davam etdirilməsi tövsiyyə edilir.Əgər vəziyyətiniz yaxşılaşmazsa, həkimə müraciət edin. İstifadə etməzdən əvvəl çalxalayın!

Prospan, peroral olaraq qəbul etmək və inhalyasiya üçün damcılar: preparatı ilə inhalyasiyaları yerinə yetirmək üçün isitmə olmadan bütün standart püskürdücü cihazlar və apparatura (nebulayzerlər) istifadə edilə bilər. Tərkibində etil spirtinin olması nəticəsində qıcıqlanmaların yan təsirlərini aradan qaldırmaq üçün, inhalyasiyaların yerinə yetirilməsi zamanı preparat içməli su ilə 1:2 nisbətində qarışdırılmalıdır.

Xüsusi inhalyasiya cihazına preparatın 20-25 damcısını tökürlər və otaq temperaturunda olan içməli su ilə 1:2 nisbətində qarışdırırlar. İnhalyasiyalar gündə 3-5 dəfə yerinə yetirilməlidir.

Öskürək əleyhinə PROSPAN® damcısının tərkibində şəkər, boyayıcı maddələr və konservantlar yoxdur. Preparatın tərkibində 47 həcm%-i alkoqol vardır.Saxlanma zamanı, preparatın tərkibi ilə əlaqədar olaraq məhlulun yüngülcə bulanması və dadında əhəmiyyətsiz dəyişiklik baş verə bilər. Bu, preparatın müalicəvi təsirinə xələl gətirmir.

Hamiləlik zamanı və əmizdirmə dövründə istifadə
Hamilələrdə və əmizdirən qadınlarda preparatdan istifadənin təhlükəsizliyi haqqında məlumatın kifayət qədər mövcud olmamasına görə, qeyd edilən qrupa aid xəstələr tərəfindən preparatdan istifadə edilməsi yalnız həkim məsləhətindən sonra tövsiyyə edilir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.