Prospan®

Soyuqdəymə demək olar ki, həmişə öskürək ilə müşayiət olunur. Lakin öskürəyin heç də xəstəlik deyil, tənəffüs yollarının təmizlənməsi və müdafiəsi ilə bağlı orqanizmin reaksiyası olduğunu nəzərə alsaq, o zaman onu aradan qaldırmağa can atmaq lazım deyil, sadəcə, təbii funksiyalarının həyata keçirilməsində ona kömək etmək lazımdır.

Adətən, yapışqan şəklində olan bəlğəm və bronxlarda spazmalar tənəffüs yollarının azad olması üçün güclü maneə yaradır. Bitki əsaslı preparat olan Prospan® bu cür müqaviməti dəf etməyə yardım göstərərək, nəinki bəlğəmi yumşaldır, eləcə də, onun fəal şəkildə ifraz olunması və yolundakı maneələrin – bronx ağacının spazmalarının aradan qaldırılması üçün bütün səylərini səfərbər edir.

Prospan®* – sarmaşıq yarpaqlarının original, standartlaşdırılmış quru məhlulu əsasında hazırlanmış bitki əsaslı alman preparatıdır (yalnız Prospanın® istehsalı üçün istifadə olunur). Prospan® öskürəyin istənilən növünün, hətta tütün çəkən insanın öskürəyinin müalicəsi üçün nəzərdə tutulur və sübuta yetirilmiş bronxolitik təsirə malik, bəlğəm qaytaran, bitki əsaslı preparatdır. Prospan® tərkibində spirt, boya maddələri və şəkər yoxdur. Yuxarıda deyildiyi kimi, Prospan® tüpürcəyin durulaşmasına, onun tənəffüs yolları ilə daha fəal şəkildə ifraz olunmasına yardım göstərərək bronxların əzələlərində spazmanın aradan qaldırılması üçün vacibdir. Prospanın® üstün cəhətlərinə yeni doğulmuşlardan başlayaraq bütün yaş qrupları üçün tətbiqi imkanını aid etməklə yanaşı, dərman vasitələrinin xoşagələn dadını və forma müxtəlifliyini, yəni sirop, köpüklənən forte həbləri və qablaşdırmada məhlul şəklində olmalarını da şamil etmək mümkündür.

Öskürürsünüz? – Prospan®!

Prospan siropu: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№10-00474 – 19.06.2009ci il tarixli;   
Prospan məhlulu 20 ml: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG  (Almaniya), h. h. № DV№ 09-01509 – 16.07.2009 - cu il tarixli. 

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

HEDERA HELIX 
Engelhard Arzneimittel R05C A16

ÖSKÜRƏK? PROSPAN!

Buraxılış forması: 100 ml preparat, flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Tərkibi: sarmaşıq yarpaqlarının quru ekstraktı (5-7,5:1) 7 mq/ml

Köməkçi maddələr: kalium sorbat, limon turşusu susuz, ksantan saqqız, albalı ətirli, kristallizəolunmuş sorbitol həlli, təmizlənmiş su. 

Siropun 2,5 ml - də 0,963 g şəkərəvəzedici sorbitol oda 0,08 çörək vahidinə barabərdir. 

ekstragent – etalon 30%

Farmakoterapevtik qrupu:
Bitki mənşəli bəlğəmgətirici vasitə. ATK-kodu: R05C A16

Farmakoloji xüsusiyyətlə:
Prospan preparatının tərkibində sarmaşıq yarpaqlarının standartlaşdırılmış quru məhluluna rast gəlinir. Bu məhlulun müalicəvi effekti tənəffüs yollarının iltihablı xəstəlikləri zamanı əczaçılıq baxımından sübuta yetirilərək müalicəvi nöqteyi-nəzərdən öz təsdiqini tapmış və iştirak edən qlikozidlərin (saponinlərin) ifrazetmə, üyüdücü, ağrıkəsici və yumşaq öskürəkəleyhinə xassələrinə əsaslanır. Məhlulun ifrazedici təsiri sarmaşıq yarpaqlarının tərkibində rast gəlinən saponinli qlikozidlərin təsiri ilə izah olunaraq preparatın tərkibinə daxil olan müəyyən qlikozidlərin paraəlamətli effektləri ağrıkəsici xassələrin əsasını təşkil edir. Bronxların əzələ hüceyrələrində və ağciyərlərin yumşaq toxumalarında β2-reseptorların fəallaşması adenergik effektləri stimullaşdırır. Bu bronxların əzələlərində hüceyrədaxili Са2+və bronxların rahatlanmasına gətirib çıxarır. Eyni zamanda, bu proses vasitəsilə β2-fəallığın stimulyasiyası nəticəsində ağciyərlərin II tipli epiteliyalı alveolyar hüceyrələri külli miqdarda surfaktantı hasil edir. Prospan preparatının qəbulu tənəffüsün mərkəzi tənzimlənməsinin ağırlaşmasına gətirib çıxarmır.

Göstərişlər: 
Bəlğəmgətirici vasitə şəklində, bəlğəmin ayrılmasının çətinləşməsi ilə öskürəklə müşahidə edilən nəfəs yollarının kəskin və xroniki iltihab xəstəliklərinin müalicəsi üçün.

Əks göstərişlər:
Fruktozaya dözümsüzlük; preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı yüksək həssaslıq. 

Əlavə təsirlər:
Preparatın komponentlərinə qarşı allergik reaksiyaların baş verməsi mümkündür. Ayrı-ayrı hallarda dəridə səpgi kimi yüksək həssaslıq reaksiyaları və ya mədə-bağırsaq pozğunluqları baş verə bilər. Bu cür arzuolunmaz hallar inkişaf etdikdə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir. Preparatdan, öskürəyi yatıran müalicə vasitələri ilə eyni zamanda istifadə edilmir, çünki bu suyuqlaşmış bəlğəmin çıxmasını çətinləşdirir.

Artıq doza: 
Dərmanı cox miqdarda qəbul edərkən (gündəlik dozadan 3 dəfə çox): ürək bulantı, qusma və ya ishal ola bilər. Müalicə simptomatik sayıla bilər.

Saxlanma şəraiti: 25 °С yuxarı temperaturda, quru, uşaqların əl çatmayan yerdəsaxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Azərbaycanda 2012-cı ildən PROSPAN SİROP

Sirop

Körpələrə və 6 yaşadək uşaqlara gündə 3 dəfə 2,5 ml daxilə təyin etmək; 6 yaşdan yuxarı və yeniyetmələrə gündə 3 dəfə 5 ml, və böyüklərə gündə 3 dəfə 5-7.5 ml.

Müalicə kursu xəstəliyin ağırlığı ilə müəyyən edilir, müalicənin minimal kursu 1 həftə təşkil etməlidir.

Terapiya effektinin möhkəmləndirilməsi üçün xəstəlik simptomlarının aradan qaldırılmasından sonra müalicənin daha 2-3 gün ərzində davam etdirilməsi tövsiyyə edilir. Əgər vəziyyətiniz yaxşılaşmazsa, həkimə müraciət edin.

Hamiləlik və laktasiya dövründə: dərmanın mənfi təsirləri haqqında məlumat yoxdur. Lakin, bu qrup xəstələrdə heç bir tədqiqat aparılmayıb. 

Prospan - öskürəyə qarşı sirop, tərkibində spirt, şəkər və boyalar yoxdur. Sarmaşıq yarpaqlar ekstraktının fəal inqridiyentlərini əldə etmək ücün sorbent kimi 30% vol. etanol istifadə edilir, buda daha qurutma prosesi samanı tamamilə ekstraktdan xaric olunur.

4 yaşına qədər uşaqlara Prospan öskürəyə qarşı siropu istifadə etmək tövsiyə olunur. Hər istifadədən əvvəl, şüşə qabını çalxalanmaq lazımdır. Saxlama zamanı, bəlkə bir az buludlu olacağı və dadında bir qədər dəyişiklik müşaidə olun bilər, buda dərmanın terapevtik xüsusiyyətləri təsir etmir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.