Qastrokind (Gastrokind)

Uşaqlarda respirator xəstəlikləri kimi mədə-bağırsaq pozğunluqlarına da tez-tez rast gəlinir. Xüsusilə də, həzm sistemi hələ də formalaşma və təşəkkül tapma mərhələsində olan balaca uşaqlar belə mədə-bağırsaq pozğunluqlarına məruz qalır . Bu isə fermentlərin çatışmazlığı, bağırsaq divarlarının cüzi yığılma qabiliyyəti, bağırsaq mikroflorasının natamam dolması ilə əlaqədardır.  Buna görə də, qidalanma, həddən artıq qida qəbulu, ana südü ilə qidalanmadan süni qidalanmaya keçid, yeni doğulmuşlar üçün yeni qidanın tətbiqi zamanı yol verilən xətalar nəticəsində ürək bulanması, qusma, mədədə ağrılar, ishal və ya qəbzlik meydana çıxa bilər. Bəs bu qədər miqdarda əlamətlərin öhdəsindən gəlmək üçün körpələrə necə yardım etmək olar? Mütəxəssislər məsələn Qastrokind kimi təbii əsaslar ilə kompleksli preparatları tövsiyyə edirlər.

Qastrokind* – təbii kompleksli alman preparatı olub, 1 yaşından başlayaraq uşaqlarda müxtəlif mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasına kömək edə bilər. Qastrokind tərkibi səyəsində MBT tonusunu və bağırsağın nəcisdən təmizlənməsini tənzimləyir, spazmatik, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir, ürək bulanmasının, qusmanın, mədədə ağrının, diareya və ya qəbzliyin aradan qaldırlmasına yardım edir. Preparat orqanizm tərəfindən asanlıqla qəbul olunur və 1 yaşından 6 yaşına kimi uşaqlar üçün tətbiqinə icazə verilir. Körpələr üçün  Qastrokind həblərini istifadə etməzdən əvvəl bir çay qaşığı suda həll edirlər. Preparat vasitəsilə müalicə kursu – 3-6 gündür.

Daha çox öyrənmək istəyirsinizmi? Bu işdə sizə «Mənim uşağım – uşağın sağlamlığına qayğıyla» www.rebenok.co.ua saytı kömək edəcəkdir.

Qastrokind 1 yaşından 6 yaşına kimi uşaqlarda  mədə-bağırsaq pozğunluqlarının başlanğıc müalicəsi üçün nəzərdə tutulmuş preparatdır!

Qastrokind həbləri №150: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h.№ DV№13-00988 -  28.10.2013 ci il tarixli.

*Peşəkar fəaliyyətdə istifadə olunmaq üçün tibb və əczaçılıq mütəxəssisləri üşün məlumat. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

DHU A03A X20

0-6yaşadək uşaqlarda mədə-bağırsaq pozğunluqlarının başlanğıc terapiyayası

Buraxılış forması: tab., fl. No 150

Tərkibi:
Arsenicum album D6 20 mq
Croton tiglium D6 20mq
Okoubaka D4 20 mq
Veratrum album D12 20 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, talk, maqnezium-stearat.

Farmakoterapevtik qrupu:
Homeopatik dərmandır. АТK kоdu: A03A X20.

Farmakoloji xüsusiyyətlər:
Azyaşlı uşaqlarda mədə-bağırsaq sisteminin ürəkbulanma, qusma, diareya, köp, qəbızlık və qarın nahiyəsində ağrılarla müşayiət olunan funksional pozğunluqlarıni aradan götürür. Bu pozğunluqlar qidalanmada dəyişikliklər nəticəsində yarana bilər ( süd qarışıqları).

Göstərişlər: 
qida dəyişiklikləri nəticəsində yarana bilən mədə-bağırsaq pozğunluqlar (ürəkbulanma, qusma,diareya, köp, qəbızlık və qarın nahiyəsində ağrılarla).

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq).

Əlavə təsirlər:
Allergik reaksiyalar mümkündür. Hər hansı bir mənfi reaksiyalar baş verərsə dərmanın qəbulu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir..

Artıq doza: Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat 
Avropada 2002-ci ildən Gastrokind
Azərbaycanda 2014-ci ildən Gastrokind

1 yaşdan 6 yaşa qədər uşaqlar:

  • Kəskin simptomlar zamanı gündə 12 tabletdən artıq olmamaq şərtilə hər saatda 2 tablet.
  • Simptomlar zəiflədikdən sonra gündə 4 dəfə 2 

Mualicə kursu— 3–6 gün. QASTROKİND preparatını qida ilə birlikdə qəbul etmək məsləhət görülmür. Tabletlərin ağız boşluğunda yavaş-yavaş əriməsinə imkan yaradaraq yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul etmək lazımdır. Zəruri olduqda tabletləri az miqdarda su ilə də həll etmək olar.

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda, dərmanın qəbul tezliyini və dozanı azaltmaq və istənilməyən simptomların reqressiyasından sonra dərmanın göstərişinə uyğun olaraq qəbulu bərpa etmək. Lakin ilkin pisləşmə müddətində, dərmanın kecirilməməsi halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.