Sinnabsin

Statistikaya görə burun axması (rinit) – soyuqdəymənin daha tez-tez rast gəlinən əlaməti, qaymorit isə - rinitin tez-tez rast gəlinən ağırlaşmasıdır. Yalnız təbii kompleksli alman preparatı Sinnabsin onun öhdəsindən gəlməyə kömək edərək ağırlaşma hallarının inkişafına yol verməyə bilər.

Sinnabsin* artıq 50 ildən artıqdır ki, rinitin və qaymoritin müalicəsi üçün tətbiq olunur. Onun tərkibi xəstəliyin öhdəsindən gəlmək üçün seçilmişdir. Sinnabsin preparatının əsas xüsusiyyəti – çoxprofilli əməliyyat olub onu damarları daraldan damcılardan sərfəli şəkildə fərqləndirir. Damcılar burun vasitəsilə tənəffüsü bərpa edərək, qan damarlarının daralmasına və selikli qişanın təbii yol ilə təmizlənməsi mexanizminin pozulmasına gətirib çıxarırlar. Sinnabsin nəinki burun vasitəsilə tənəffüsü təhlükəsiz şəkildə bərpa edir, eləcə də, selikli qişanın və burunyanı boşluqların şişkinliyini aradan qaldıraraq qatı seliyi durulaşdırır, onun çəkilməsini yüngülləşdirir, və selikli qişa ilə burunyanı boşluqların təbii yol ilə təmizlənməsi mexanizmini normallaşdırır. Sinnabsinin daha bir vacib üstünlüyü – orqanizmin xüsusi müdafiə qüvvələrini artırmaq qabiliyyətindən ibarət olub, sağalmanı sürətləndirir və kəskin prosesin xroniki hala keçməsinə mane olur. Sinnabsinin 2 yaşından başlayaraq uşaqlar və yaşlılar üçün tətbiqinə icazə verilir.

Rinit və qaymorit zamanı – Sinnabsin!

Sinnabsin həbləri: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№12-01005 – 27.12.2012 ci il tarixli.

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

DHU R05X

Burun axıntısı və qaymoritlərdə

Buraxılış forması: 20 tablet, blisterlərdə. 5 blister (100 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi:
Cinnabaris D3 25 mq
Hydrastis D3 25 mq
Kalium bichromicum D3 25 mq
Echinacea D1 25 mq

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium-stearat, buğda nişastası.

Farmakoterapevtik qrupu: Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: R05X.

Farmakoloji xüsusiyyətlər:
Sinnabsin - homeopatik kombinəolunma dərmandır. Cinnabaris tez və etibarlı burunətrafı ciblərin iltihabı, baş ağrısı, sulu gözləri, və üz iflicinə belə xarakterik əlamətləri aradan qaldırır. Tez-tez uzanan sinüzitlər zamanı əsasən Hydrastis və Kalium bichromicum təsir edirlər. Dərmanın hər üç komponentləri selikli qişasının şişlikliyi aradan qaldırılmasına kömək edir və burun tənəffüsunu bərpa edir. Ekinezya immunitet sisteminə ümumi dəstək verir. Belə ki, Cinnabsin məhz kəskin və xroniki rinosinusitlərin müalicəsi üçün yaradılmışdır yəni ki xəstəliyin patogenezinin bütün mərhələlərinə təsir göstərir: ödem əleyhinə, ifrazedici, immunomodulator təsiri var və MCK-i normallaşdırır.

Göstərişlər: Burunətrafı ciblərin kəskin və xroniki iltihabı (sinusit).

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq). Tərkibində exinaseya olan digər preparatları qəbul edən xəstələrdə allergik reaksiyalar qeyd edilmişdir.

Əlavə təsirlər:
Sinnabsin preparatının qəbulundan sonra ağızsuyu ifrazı güclənərsə, dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır. Ayrı-ayrı hallarda dəridə səpgi kimi yüksək həssaslıq reaksiyaları və ya mədə-bağırsaq pozğunluqları baş verə bilər. Bu cür arzuolunmaz hallar inkişaf etdikdə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: 
Artıq doza qəbul edildikdə mənfi reaksiyalar hallarını artıra bilər.

Saxlanma şəraiti: 25 °С temperaturda saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Almaniyada 1960-cı ildən Cinnabaris Pentarkan®
Azərbaycanda 2012-cı ildən Cinnabsin

2-5 yaşlı uşaqlar, kəskin hallarda: 1 tablet gündə 3 dəfə vəziyyətin yaxşılaşma baş verənə qədər; bundan sonra və ya xroniki hallarda – 1tablet gündə 3 dəfə təyin edilir.

6- 11 yaş uşaqlar, kəskin hallarda: yaxşılaşma baş verənə qədər hər 2 saatdan bir 1 tablet verilir (gündə 6 tabletdən çox olmayaraq); bundan sonra və ya xroniki hallarda - gündə 3 dəfə 1 tablet təyin edilir.

Böyüklər və 12 yaşdan böyük uşaqlar, kəskin hallarda: yaxşılaşma baş verənə qədər hər saatdan bir 1 tablet qəbul etməlidirlər (gündə 12 tabletdən çox olmamaqla); bundan sonra və ya xroniki hallarda - gündə 3 dəfə 1-2 tablet təyin edilir.

Xroniki hallarda, böyüklər və uşaqlar: 1 tablet gündə 3 dəfə. Müalicəni 4-6 həftə davam etdirmək tövsiyə edilir.
Həkimlə məsləhətləşmədən Sinnabsini 8 həftədən artıq istifadə etmək tövsiyə olunmur. Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul etmək və onları tam sorulana qədər ağızda saxlamaq lazımdır. 3 yaşa qədər uşaqların müalicəsi zamanı bir miqdar suda həll etmək tövsiyə olunur( məsələn cay qaşıqında).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Tərkibində exinaseya olan digər preparatları qəbul edən xəstələrdə allergik reaksiyalar qeyd edilmişdir.

Dərmanın tərkibində buğda nişasta və laktoza var, ona ğörə də glutenə və qalaktozaya dözümsüzlük nadir irsi formalarda, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorpsiya sindromu ilə olan xəstələr bu dərmanı istifadə etməməlidir. Simptomlar saxlanarsa və ya yeni simptomların görünüşünü müşaidə olunarsa həkimə müraciyət etmək lazımdir.

Hamiləlik və ya döş qidalanma zamanı istifadə: Ümumi qəbul olunmuş prinsiplərə əsasən hamiləlik və ya döş qidalanma zamanı dərmanın istifadəsi yalnız ana üçün gözlənilən fayda nisbəti və döl/körpə üçün potensial risk qiymətləndirilməsindən sonra mümkündür.

Uşaqlar: 2 yaşa qədər uşaqlarda Cinnabsin dərmanın təhlükəsizliyi və effektivliyi kifayət qədər subut olmadıgı səbəbindən preparatı təyin etmək məsləhət deyil. Dərman 2 yaşdan yuxarı uşaqlara təyin oluna bilər.

Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.