Tonzilotren

Çox güman ki, dünyada elə bir adam yoxdur ki, heç bir zaman boğazı ağrımasın. Tonzillit – təbabətdə badamcıq vəzilərinin iltihabı adlanaraq kəskin(angina şəklində) və ya xroniki ola bilər. Əgər angina ildə iki dəfə və ya daha çox müddətə təkrarlanırsa, o zaman burada xroniki tonzilitdən bəhs olunur. Bu xəstəlik zərərsiz ötüşmür, belə ki, immunutetin azalmasına, tez-tez müşahidə olunan soyuqdəymələrə meylin artmasına, ürək, damar, böyrək xəstəlikləri ilə təzahür edən təhlükəli ağırlaşma hallarının inkişafına gətirib çıxara bilər. Bəs badamcıq vəzilərimizə kömək edə bilərikmi?

Tonzilotren* – artıq 75 ildə artıqdır ki, anginalar və xroniki tonzillit zamanı badamcıq vəzilərinə kömək edən təbii alman preparatıdır: o soyuqdəyməni, şişkinliyi və ağrını götürür, badamcıq vəzilərinin müdafiə funksiyalarını bərpa edir,  hipertrofiyalı (ölçüləri artmış) badamcıq vəzilərinin  həcmini azaldır, kazeozlu detritdən  (yığınların) badamcıq vəzilərinin çuxurlarının yuyulmasına (təmizlənməsinə) yardım edir, limfa düyünlərinin şişkinliyini və iltihabını aradan qaldırır, ümumilikdə bütün orqanizmin immunitet göstəricilərinin normallaşmasına səbəb olur, zədələnmiş toxumaların sağalmasıını sürətləndirir və təkrar anginaların qarşısını alır.

Tonzilotrenin  effektivliyi və yaxşı keçiriciliyi çoxlu sayda kliniki tədqiqatlara məruz qalmışdır. Bu tədqiqatların da nəticəsində növbəti hallar qeyd olunmuşdur:

  • 2 illik müşahidələr ərzində 4 aydan bir üç dəfə 60 günlük kursları keçdikdən sonra uşaqların 66,7% xroniki tonzillitin kəskinləşməsi hallarının tezliyi və davamiyyəti azalmış, angina halları qeydiyyata alınmamış, A sekressiya immunoqlobulinin göstəriciləri normallaşmış, və bu da ağız-udlaq nahiyəsində pozitiv dəyişikliklərə gətirib çıxarmışdır1;
  • Anginaların tezliyi  2,5 dəfə azalmışdır2;
  • Tonzilotrenin qəbulu zamanı xroniki tonzillitin lokal (yerli) əlamətlərinin ümumi balı (3 dəfədən artıq) daha dəqiq azalır3.

Preparatı həm anginaların müalicəsi, həm də xroniki tonzillitin kəskinləşmə hallarının profilaktikası üçün tətbiq etmək mümkündür. Adenoiditdən əziyyət çəkən uşaqların müalicəsində Tonzilotrenin  tətbiqi ilə bağlı müsbət təcrübə mövcuddur4.

Adenoidit – burun və udlağın ölçüsü böyümüş badamcıq vəzilərinin iltihabı olub, yapışqanlı tüpürcəyin külli miqdarda hasilatı və burun – udlaq nahiyəsinin selikli qişasının şişkinliyi ilə müşahidə olunaraq burun vasitəsilə tənəffüsü daha da çətinləşdirir. Adenoidlər digər badamcıq vəziləri ilə birlikdə limfa udlaq halqasını, yəni immunitetin özünəməxsus şəkildə müdafiəsini yaradırlar. Onun əsas vəzifəsi xəstəlik yaradan mikroorqanizmləri qarşılayaraq bütün orqanizmin onlardan müdafiəsini təmin etməkdən ibarətdir. Adenoidin meydana çıxması zamanı ilk növbədə, badamcıq vəzilərinin iltihabını və burun – udlaq nahiyəsinin selikli qişasının şişkinliyini aradan qaldırmaq zəruridir. Bu isə burun vasitəsilə tənəffüsü bərpa etməyə, yapışqan şəklində olan tüpürcəyi durultmağa və onu burun vasitəsilə ifraz etməyə kömək edir.  Bu halda  Tonzilotren Sinnabsin ilə birlikdə daha faydalı olacaqdır.

Tonzilotrenin qəbulu sxemləri

Kəskin tonzillit (angina)5

Yaş həddi

Xəstəliyin ilk 1-2 günləri

Bütünlüklə sağalmaya qədər

1 yaşından 12 yaşına kimi uşaqlar

1 həb. Hər 2 saat
(gündə 8 dəfədən çox olmamaqla)

1 həb. Gündə 3 dəfə

12 yaşından yuxarı uşaqlar və yaşlılar

1-2 həb. Hər saat (gündə 12 dəfədən artıq olmamaqla)

1-2 həb. Gündə 3 dəfə

Xroniki tonzillit1

Tonzilotren 1 həb. Ardıcıl olaraq 60 gün ərzində gündə 3 dəfə.
4 ay fasilə verməklə 3 kurs keçirmək.
 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

***

***

 

 

 

 

***

***

 

 

 

 

***

***

 

1

 - Ay

 

***

 - Tonzilotren kursu

 

 

 - Kurslar arasındakı fasilə

 

Badamcıq vəzilərinin ölçülərinin artması,
Badamcıq vəzilərinin kəsilməsindən sonrakı durum
5
Tonzilotren 1 həb. Gündə 3 dəfə.
Kurs: 2 həftədən 2 aya qədər. (həkimin tövsiyyəsinə əsasən).

Adenoidit6
Tonzilotren + Sinnabsin = «Dərman preparatları vasitəsilə adenotomiya»
Kurs: Sinnabsinin qəbulu – 4 həftədən az olmamaqla, Tonzilotrenin qəbulu – 8 həftəyə qədər.
Tətbiqi: qidanın mədədə sovrulması üçün nəzərdə tutulan həbləri ya yeməkdən yarım saat əvvəl, ya da yeməkdən yarım saat sonra qəbul etmək lazımdır. 3 yaşına qədər uşaqlara rahatlıq üçün həbi az miqdarda suda həll etmək tövsiyyə olunur.

Badamcıq vəzilərinin iltihabı zamanı – zəruri müalicə kursu keçmək lazımdır. Tonzilotren qəbul üçün daha rahat buraxılış formasına malik olub – qidanın mədədə sovrulması üçün nəzərdə tutulan həb olmaqla yanaşı həm yaşlılar, həm də, 1 yaşından yuxarı uşaqlar üçün də istifadə oluna bilər.

Siz www.tonsilotren.de saytında Tonzilotren praparatı haqqında daha çox öyrənə bilərsiniz:

Tonzilotren angina və xroniki tonzillit zamanı

Tonzilotren həbləri: istehsalçı DHU Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№14-00226 – 13.12.2013. cu il tarixli.

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.
1 N. V. Naqorna  müştərək müəlliflik.// İnformasiya vərəqi  BST Ukrayna № 38- 2009//«Xroniki tonzilitdən və tonzilakardial sindromdan əziyyət çəkən məktəblilərdə “Tonzilotren” kimi kompleksli homeopatik preparatın tətbiqi üsulu»// Kiyev.
2 Т. А, Kruçko, Т. V. Şpext// Xroniki tonzilitdən əziyyət çəkən uşaqlarda Tonzilotrenin tətbiqinə dair kliniki tədqiqatların nəticələri // Uşaq həkimi// 5 (7) 2010.
3 Т. О, Kruçko, S. B. Besşapoçnıy// « Xroniki tonzilitdən əziyyət çəkən uşaqlara müalicəvi-profilaktik yardım sxeminin optimallaşdırılması» adlı metodik tövsiyyələr// Kiyev 2013.
4 S. B. Besşapoçnıy, V. V. Lobures// Uşaqlarda adenoiditlərin müalicə metodları // Kliniki imunnologiya// 09.2009.
5  Tonzilotren preparatının tibbi tətbiqinə dair Təlimat.
6 S. B. Besşapoçnıy, və müştərək müəlliflik// Uşaqlarda adenoiditlərin müalicə metodları // JUNQ// 06’2009, səh. 74-81.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

DHU R02A X02

Angina və xroniki tonzillitlərin əsas müalicəsi

Buraxılış forması: 20 tablet, blisterlərdə. 3 blister (60 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi:
Atropinum sulfuricum D5 12,5 mq
Hepar sulfuris D3 10 mq 
Kalium bichromicum D4 50 mq
Silicea D2 5 mq
Mercurius bijodatus D8 25 mq

Köməkçi maddələr: laktoza monohidrat, saxaroza, maqnezium-stearat.

Farmakoterapevtik qrupu: 
Kompleks homeopatik dərman vasitəsi. АТK kodu: R02A X02.

Göstərişlər: 
Badamcıqların kəskin iltihabı, kataral və lakunar angina, xroniki və xroniki təkrarlanan tonsillar angina, badamcıqların artımı (hiperplaziya), eləcə də uşaqlar və böyüklərdə badamcıq vəzisinin cərrahi yolla kənar edilməsindən sonra simptomatik müalicə.

Əks göstərişlər:
Xroma və dərmanın digər komponentlərinin hər hansı birinə qarşı məlum yüksək həssaslıq halda istifadə etməyin. Tiroid (hipertireoz) xəstəlikləri hallarında dərman yalnız həkim təyinatı ilə qəbul oluna dilər.

Əlavə təsirlər:
Tonzilotren preparatının qəbulundan sonra ağızsuyu ifrazı güclənərsə, dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır. Ayrı-ayrı hallarda dəridə səpgi kimi yüksək həssaslıq reaksiyaları və ya mədə-bağırsaq pozğunluqları baş verə bilər. Bu cür arzuolunmaz hallar inkişaf etdikdə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Qarşılıqlı təsir: 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: müəyyən olunmayıb.

Saxlanma şəraiti: 25 °С yuxarı temperaturda, quru, uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Almaniyada 1936-cı ildən. Тоnzilotren
Azərbaycanda 2014-cı ildən Тоnzilotren

Boğazda virus və bakterial infeksiyaların müxtəlif mərhələlərində bədənin öz müdafiə etmə mexanizmini stimullaşdıran beş homeopatik monokomponentli birləşməsi.

Tonzilotrenin farmakoloji xüsusiyyətləri onun farmakoloji aktiv maddələrlə zəngin homeopatik xüsusiyyətinə əsaslanır1,2:

Atropinum sulfuricum. Atropinum sulfuricum xəstəliyin erkən mərhələlərində təsir edir. İltihabı və badamcıq parenxima şişkinliyini azaldır, eritema və udma zamanı boğaz ağrılarını aradan qaldırır, antipiretic təsir göstərir.

Hepar sulfuris. Hepar sulfuris irin və abseslə müşahidə olunan limfadenoidli udma halqasının kəskin, xroniki və residiv iltihablarının müalicəsində effektiv preparatdır. Belələrinə həmçinin Angina tonsillaris et lacunaris və Tonsillitis chronic də aiddir. Hepar sulfuris badamcıq parenximasının iltihab və şişkinliyini azaldır, lakunların sanasiyasını tezləşdirir, tezliklə sağalmaya səbəb olur.

Kalium bichromicum. Burunboğazın selikli səthinin iltihab və şişkinliyini aradan qaldırır, yanma və qıcıqlandırma hissindən azad edir, və həmçinin böyümüş badamcıqlara təsir göstərir.

Mercurius bijodatus. Mercurius bijodatus qipertrofiya olunmuş badamcılaqın həcmini kiçildir, limfatik düyünlərin və limfoboğaz halqası badamcıqların iltihab və şişkinliyini aradan qaldırır, limfodrenajı yaxşılaşdırır. Mercurius bijodatus solğun sarı rəngdə tıxaclar və örtüklə xarakterizə olunan kəskin və xroniki tonzillitin müalicəsində istifadə olunur. Bu preparatın istifadəsi zamanı 6 həftə ərzində udma və damaq badamcıqlarının və böyümüş boyun limfatik düyünlərin xeyli azalması müşahidə olunur.

Silicea. Silicea kəskin və xroniki proseslərdə immunomodullaşdıran təsir göstərir. Qranulyasiyanın formalaşmasını təmin edir və və müvafiq olaraq tez sağalmaya səbəb olur. Silicea irinli iltihablarda yaxşı təsir göstərir və çox qısa zamanda tamamilə sağalmanı təmin edir. Silicea orqanizmin müqavimətini artırır və residivin mümkünlüyünü kəskin azaldır. 

Beləliklə Tonzilotren - xroniki tonzillitin və anqinanın əsaslı terapiyası olaraq, iltihaba qarşı, limfotrop, immunomodullaşdıran və reparativ təsir göstərir. Tonzilotren kəskin və xroniki tonzillit kimi limfadenoidli udma halqası badamcıqlarının iltihabında və həmçinin badamcıqların cərrahi kəsilməsindən sonra istifadə olunur. Tonzilotren udma badamcıqların hiperplaziyasının müalicəsində yaxşı nəticələr göstərir, xüsusən də uşaq yaşlarında. Tonzilotren onun tərkibində olan beş maddənin və bu maddələrin təsir vaxtlarının və təsir zonasının müxtəlifliyi hesabına ilk şikayətdən başlayaraq xroniki residivli proseslərə kimi iltihabın bütün fazalarında effektiv müalicə preparatıdır. 

Tonzilotren ağrını götürür7, badamcıqların müdafiə funksiyasınıvə ümumi immunitetin göstəricilərini bərpa edir və reparativ8, təsirə malikdir4. Kəskin və xroniki proseslərdə immunomodullaşdıran təsiri var.

 

1Boericke W. Pocket Manual of Homoeopathic Materia Medica comprising the Characteristic and Guiding Symptoms of all Remedies (Clinical and Pathogenic). 9th ed. New Delhi: B. Jain Publishers; 1991.
2
Keller K, Greiner S, Stockebrand P. Homöopathische Arzneimittel. Materialien zur Bewertung. Frankfurt/Main: Govi-Verlag; 1995.
3Friese KH, Timen GE, Zabalotnyi DI. [Homeopathy in children with nonstreptococcal tonsillitis]. Der Kassenarzt 2006;6:40-42.
4Tonsilotrenin tibbi istifadə üçün təlimat. Ukrainanın SN Məlumat məktub No38-2009.
5Ukrainanın SN Məlumat məktub No38-2009.
6S.B. Besşapocniy və həmmüəl., ЖУНГ 6'2009, с. 74-81.
7О.F. Melnikov və həmmüəl., ЖУНГ 6'2008, с. 37-41.
8О. F. Melnikov və həmmüəl ., ЖУНГ 2'2006, с. 36-38.
9О. F. Melnikov və həmmüəl., ЖУНГ 2'2008, с. 47-50.

Kəskin xəstəliklər:

1 yaşdan 12 yaşadək uşaqlar - - ilk 1-2 gün hər 2 saat bir 1 tablet ( ğün ərzində 8 dəfə ) yaxşılaşana qədər; sonra ğündə 1 tablet 3 dəfə tam sağalana qədər. Həkimlə məsləhətləşmədən Tonzilotren 8 ğündən artıq istifadə etmək tövsiyə olunmur.

12 yaşdan yuxarı uşaqlara və böyüklərə - hər saatdan bir 1-2 tablet 1-2 ğün ərzində yaxşılaşana qədər ( ğün ərzində 12 dəfə) təyin olunur.Sonra ğündə 1-2 tablet 3 dəfə tam sağalana qədər. Əqər 7 gün ərzində sağalma müşaidə olunmursa və ya yeni simptomlar əmələ qəlir xəstə həkimə müraciət etməlidir. 

Xroniki-təkrarlayan angina, eləcə də boğaz badamcıqların artmasında:

1 yaşdan 12 yaşadək uşaqlar - 1 tablet gündə 3 dəfə.
12 yaşdan yuxarı uşaqlara və böyüklərə - 1-2 tablet gündə 3 dəfə. 

Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra, ağızda onların yavaş-yavaş həllolmasına imkan yaradaraq qəbul etmək lazımdır; 3 yaşa qədər uşaqların müalicəsi zamanı bir miqdar suda həll etmək tövsiyə olunur( məsələn cay qaşıqında). 

Müalicə müddəti - 6-8 həftə

Xroniki-təkrarlayan angina zamanı müalicə kurslarını il ərzində təkrar etmək lazımdır (6-8 həftə il ərzində bir neçə kurslar).

Homeopatik dərman vasitələrinin qəbulu zamanı mövcud xəstəlik simptomlarının keçici olaraq güclənməsi müşahidə edilə bilər (ilkin ağırlaşma). Bu halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır. Tərkibində saxaroza olduğudan şəkərli diabet xəstələr bunu nəzərə almalıdırlar. Dərmanın tərkibində laktoza var, ona ğörə də qalaktozaya dözümsüzlük nadir irsi formalarda, laktoza çatışmazlığı, qlükoza-qalaktoza malabsorpsiya sindromu ilə olan xəstələr bu dərmanı istifadə etməməlidir.

Simptomlar saxlanarsa və ya yeni simptomların görünüşünü müşaidə olunarsa həkimə müraciyət etmək lazımdir.

Hamiləlik və ya döş qidalanma zamanı istifadə: Ümumi qəbul olunmuş prinsiplərə əsasən hamiləlik və ya döş qidalanma zamanı dərmanın istifadəsi yalnız ana üçün gözlənilən fayda nisbəti və döl/körpə üçün potensial risk qiymətləndirilməsindən sonra mümkündür.

Uşaqlar: 3 yaşa qədər uşaqlarda Cinnabsin dərmanın təhlükəsizliyi və effektivliyi kifayət qədər subut olmadıgı səbəbindən preparatı təyin etmək məsləhət deyil. Dərman 3 yaşdan yuxarı uşaqlara təyin oluna bilər.

Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir.

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.