Traxisan (Trachisan)

Əgər infeksiya boğaza hücum edirsə, o zaman yardım və müdafiə zəruridir. Ən yaxşı müdafiə isə – hücumdur. Bu zaman yalnız zamanın sınağından keçmiş alman preparatı – Traxisan* kömək edə bilər.

Traxisan, tərkibinə daxil olan üç komponent – tirotrisin, xlorheksidin və lidokain sayəsində boğazda infeksiya və ağrılar zamanı üç təsiri - bakteriyaəleyhinə, antiseptik və ağrıkəsici təsirləri uzlaşdırır.

Tirotrisin – topik antibiotik olub, yalnız yerli təsirə malikdir və qana sovrulmur, deməli, zəhərləyici təsir bağışlamır, selikli qişanı qıcıqlandırmır, bağırsağın mikroflorasına təsir göstərməməklə, bakteriya və göbələklərin bir çox növlərinə təsir göstərir; xlorheksidin – hamı tərəfindən istifadə olunan məşhur antiseptik olub, geniş təsir spekterinə malikdir və tirotrisinin təsirini gücləndirməklə iltihabın, yəni soyuqdəymənin aradan qaldırılmasına yardım edir; lidokain – daha çox tətbiq olunan yerli, ağrıkəsici komponent olub, ağrıdan daha tez azad edir.

Xəstəlik yaradan mikroorqanizmlərə daha effektiv və uzunmüddətli təsir üçün Traxisan həblərinin sovrulması mütləqdir (!). Dərmanı boğazın seliyindən təmizləməmək üçün sovrulmadan sonra 30 dəqiqə ərzində su içməmək və ya yemək yeməmək tövsiyyə olunur. Traxisan xoşagələn nanə tamına malik olub, şəkər tərkibli deyildir və yaşlılar ilə 4 yaşından yuxarı uşaqlara tövsiyyə olunur.

Traxisan boğazda ağrılar və infeksiya zamanı sürətli yardım!

Traxisan həbləri: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№09-01010 – 15.07.2009 - ci il tarixli.
Traxisan məhlul: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№09-00381 – 16.07.2009 - ci il tarixli.

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

Engelhard Arzneimittel R02A B52

Boğazda iltihab və ağrı hallarında sürətli bir yardım.

Buraxılış forması: 10 sovurmaq ücün tablet, blisterlərdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Tərkibi:
Bir həbin tərkibində:
Tirotrisin 0.5 mq.
Xloreksidin qlükonatı 1.0 mq.
Lidokain hidroxloridi 1 H20 1.0 mq.

Köməkçi maddələr: sorbitol, maqnezium stearat, nanə yağı.
Tərkibində şəkər olan maddə sorbitol 0.69 q. 0.057 BU-nun ekvivalentidir

Farmakoterapevtik qrupu:
Ağız boşluğu və udlağ xəstəlikləri zamanı istifadə olunan dərman vasitəsi. АTK kоdu: R02A B52.

Göstərişlər: 
Ağız boşluğunun və boğazın iltihab və infeksiyon xəstəlikləri zamanı: stomatit, qinqivit, paradontit, qlossit, tonzillit, farinqit və diqər udmanın çətinləşməsi hallarda. Həmçinin ağız boşluğunun və udlağın (diş çıxarma, tonsillektomiya) sahələrində əməliyyatdan əvvəl infeksiyaların qarşısını almaq üçün.

Əks göstərişlər:
Preparatın tərkibindəki təsiredici maddələrin və ya köməkçi inqrediyentlərin hər hansı birinə qarşı yüksək həssaslıq. Ağız boşluğunun selikli qişasının və damaqlarının eroziv və desquamative dəyişiklikləri, ağız boşluğunda və udlagda geniş təzə yaralar zamanı. Fruktoza dözümsüzlük tətbiq halda yalnız həkimlə məsləhətləşdikdən sonra mümkündür.

Əlavə təsirlər:
Adətən Traxisan yolveriləndir, lakin onun qəbul zamanı qısamüddətli dad dəyişiklikləri, dildə müvəqqəti keylik müşahidə oluna bilər, həmin pozuntular sonra izsiz olaraq yox olur. Uzun müddət ərzində onun qəbul edilməsi zamanı dil və dişlərin saralması – qəhvəyi rəngi alması müşahidə edilir, həmin saralma ağız boşluğunun gigiyenik qulluğundan sonra təmizlənir. Lakin müalicə prosesi başa çatdığı zaman öz-özünə yox olur.

Qarşılıqlı təsir: Digər dərman vasitələri ilə qarşılıqlı təsiri müşahidə edilməmişdir.

Artıq doza: müəyyən olunmayıb.

Saxlanma şəraiti: 25 °С yuxarı temperaturda, quru, uşaqların əl çatmayan yerdəsaxlamaq lazımdır.

Yararlılıq müddəti: 5 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Azərbaycanda 2012-ci ildən Traxisan həblər

Dərman birləşməsi antimikrob xüsusiyyətlərinə və yerli keyidici təsir edən maddələr ibarətdir. Tyrotricin - antibakterial təsirə malik olan müxtəlif tsiklik və xətti (alifatik) polipeptidlərdən ibarət olan aktiv bir qarışığıdır. Bu qarışığın 70-80% tirosidin və 20-30% gramicidin təşkil edir.

Tirotsidin bakterial hüceyrələrdən azot və fosfor olan maddələri azad gətirib çıxarır buda bakterial hüceyrələrin osmotik maneə membranlarını məhv edir. Tirotsidin artan və bölünən bakteriyalara bakterisid təsir edir.

Bakteriyaların hüceyrə membranalarında kation keçirici kanallar yaradan Gramicidin nəticədə hüceyrədaxili ion konsentrasiyasını dəyişir və citolisa gətirib çıxarır. Tirotricinin təsir spektrı: qram müsbət kokklar, bakteriyalar və bəzi göbələklər, məsələn Candida albicans kimi uzanır. Başqa antibiotiklardan fərqli olaraq, tyrotricinin istifadəsi zamanı mikroorqanizmlərin çarpaz müqaviməti qeyd olunmur. Buda tirotricinin xüsusi təsir mexanizma malik olduğundan irəli qəlir.

Xlorhexidinin və onun duzlarının qram-müsbət və qram-mənfi bakteriyala qarşı geniş spektrlı antimikrob təsiri var. Xloreksidinin təsir mexanizmi mikroorqanizmlərin hüceyrə membranalarına yaxınlıq əsasında olan xüsusiyyətləri fəal maddə ilə əlaqə səbəbiylə dəyişir. Bəzi gram-mənfi bakteriyalara (Pseudomonas, Proteus), maya, mikobakteriyalara və dermatofitlərə qarşı təsiri zəifdir. Xlorhexidinin göbələk sporlara, çürütmə göbələklər, virusla qarşı effektiv deyil.

Lidokain hidroxlorid amid tipli yerli keyidicidir. Dərman sinir liftin natrium kanallarıni blokada etdikdə aktiv potensial vasitəsilə sinir hüceyrə membran depolarizasiyası prosesi pozulur. Nəticədə sensor sinir lifləriilə həyəcan ötürülməsi bloklanır.

Əgər başqa şəkildə təsvir edilməmişdirsə, hər iki saatda ağız boşluğuna yavaş-yavaş bir həbin qoyulmasına yol verilir; yeniyetmələrdə və böyüklərdə 8 həbə, uşaqlarda isə 6 həbədək yol verilir.

Əsasən bir neçə gün sonra simptomların azalması müşaidə olunur. Lakin terapiyanın effektini təmin etmək üçün Traxisan həbləri 2-3 gün ərzində qəbul edilməlidir. Əgər 10 gün ərzində yaxşılaşma müşahidə edilməzsə, o zaman həkimə müraciət edin.

Həblərdən həkimin tövsiyyəsi olmadan 2 həftə ərzində istifadə edilməsi yolverilməzdir.

Uşaqlar: 4 yaşdan kiçik uşaqlara tövsiyə edilmir çünki dərmanı ağızda həll etmək lazımdır 

Hamiləlik və əmizdirmə zamanı: hamiləlik və laktasiya dövründə dərmanın istefadə təcrübəsi yoxdur.

Traxisan həbləri şəkərsizdir və bununla kariyeslə mübarizəyə kömək edir. Daha artıq, preparatdan diabet xəstəsi olan pasientlərdə də istifadə edilir; bir həbə daxil olan tərkibində şəkər olan maddə sorbitolun (0.69 q) həcmi 0.057 gündəlik vahidin ekvivalentidir (UB).

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.