Traxisan (Trachisan)

Əgər infeksiya boğaza hücum edirsə, o zaman yardım və müdafiə zəruridir. Ən yaxşı müdafiə isə – hücumdur. Bu zaman yalnız zamanın sınağından keçmiş alman preparatı – Traxisan* kömək edə bilər.

Traxisan, tərkibinə daxil olan üç komponent – tirotrisin, xlorheksidin və lidokain sayəsində boğazda infeksiya və ağrılar zamanı üç təsiri - bakteriyaəleyhinə, antiseptik və ağrıkəsici təsirləri uzlaşdırır.

Tirotrisin – topik antibiotik olub, yalnız yerli təsirə malikdir və qana sovrulmur, deməli, zəhərləyici təsir bağışlamır, selikli qişanı qıcıqlandırmır, bağırsağın mikroflorasına təsir göstərməməklə, bakteriya və göbələklərin bir çox növlərinə təsir göstərir; xlorheksidin – hamı tərəfindən istifadə olunan məşhur antiseptik olub, geniş təsir spekterinə malikdir və tirotrisinin təsirini gücləndirməklə iltihabın, yəni soyuqdəymənin aradan qaldırılmasına yardım edir; lidokain – daha çox tətbiq olunan yerli, ağrıkəsici komponent olub, ağrıdan daha tez azad edir.

Xəstəlik yaradan mikroorqanizmlərə daha effektiv və uzunmüddətli təsir üçün Traxisan həblərinin sovrulması mütləqdir (!). Dərmanı boğazın seliyindən təmizləməmək üçün sovrulmadan sonra 30 dəqiqə ərzində su içməmək və ya yemək yeməmək tövsiyyə olunur. Traxisan xoşagələn nanə tamına malik olub, şəkər tərkibli deyildir və yaşlılar ilə 4 yaşından yuxarı uşaqlara tövsiyyə olunur.

Traxisan – boğazda ağrılar və infeksiya zamanı sürətli yardım!

Traxisan həbləri: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№09-01010 – 15.07.2009 - ci il tarixli.
Traxisan məhlul: istehsalçı Engelhard Arzneimittel GmbH & Co. KG (Almaniya), h. h. № DV№09-00381 – 16.07.2009 - ci il tarixli.

* Dərman vasitəsinin reklamı. İstifadə etməzdən əvvəl təlimat ilə tanış olun və həkim ilə məsləhətləşin. Uşaqlar üçün əl çatmayan yerdə saxlanmalıdır.

Özünümüalicə Sizin sağlamlığınız üçün zərərli ola bilər

Engelhard Arzneimittel R02A B52

Boğazda iltihab və ağrı hallarında sürətli bir yardım.

Buraxılış forması: 200 ml, yerli istifadə (qarqara ) üçün məhlul

Tərkibi:
Xloreksidin qlükonatı 0,200 q
Lidokain hidroxloridi HCL х 1H2O 0,100 q

Köməkçi maddələr: Etanol 96%, 85% qliserin, sorbitol, dadverici, boyayıcı E 131
Dərman forması: yerli istifadə (qarqara ) üçün məhlul.
Preparatın tərkibində 7,9% etil spirti vardr.

Farmakoterapevtik qrupu:
Ağız boşluğu və udlağ xəstəlikləri zamanı istifadə olunan dərman vasitəsi. АTK kоdu: R02A.

Göstərişlər: Ağız boşluğunun və boğazın iltihab və infeksiyon xəstəlikləri zamanı: stomatit, qinqivit, paradontit, qlossit, tonzillit, farinqit və diqər udmanın çətinləşməsi hallarda. Soyuqdəymə zamanı və cərrahi əməliyyatlardan (tonzillektomiya, diş ekstraksiyası və s.) sonra infeksiyaların profilaktikası. Ağızdan pis qoxu gəlməsi. Diş ərpinin əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə.

Əks göstərişlər:
Traxisan qarqara məhlulunun aktiv tərkib hissəsinə qarşı hiperhəssaslıq. Ağızın selikli qişasının qanamayan qabıq verməsi (eroziv və qabıqvermə dəyişiklikləri). Ağız boşluğunun və udlağın böyük ölçülü, yeni yaraları.

Əlavə təsirlər:
Adətən Traxisan yolveriləndir, lakin onun qəbul zamanı qısamüddətli dad dəyişiklikləri, dildə müvəqqəti keylik müşahidə oluna bilər, həmin pozuntular sonra izsiz olaraq yox olur. Uzun müddət ərzində onun qəbul edilməsi zamanı dil və dişlərin saralması – qəhvəyi rəngi alması müşahidə edilir, həmin saralma ağız boşluğunun gigiyenik qulluğundan sonra təmizlənir. Lakin müalicə prosesi başa çatdığı zaman öz-özünə yox olur.

Qarşılıqlı təsir: 
Traxisan® qarqara üçün vasitəsi ilə birlikdə digər darmanların yanaşı istifadə ilə bağlı yan təsirləri hələ məlum deyil.

Artıq doza: müəyyən olunmayıb.

Saxlanma şəraiti: 25 °C-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.

Qeydiyyat
Azərbaycanda 2012-ci ildən Traxisan məhlul

Ağız boşluğunun və udlağın iltihabi xəstəlikləri zamanı yerli istifadə üçün mikrob əleyhinə dərman vasitəsi. Dərman birləşməsi antimikrob və ağrıkəsici təsir edən maddələrdən ibarətdir. Xlorhexidin duz formasında ən sabit əsasdır. Diasetat və dihidroxlorid duzlarından ibarət azad baza yalnız cüzi suda həll olunur (0,08 g, 1.0 g və 0.06g / 100ml), diglukonat isə asanlıqla həll (> 50g / 100ml) olunur. 

Bu səbəblə, diglukonat əsasən müxtəlif göstəricilər üçün istifadə olunur. Xlorhexidin və onun duzları Gram-müsbət və Qram-mənfi bakteriyalara qarşı geniş antimikrob fəaliyyətləri ilə öyünə bilərlər. Bəzi gram-mənfi bakteriyalara (Pseudomonas, Proteus), maya, mikobakteriyalara və dermatofitlərə qarşı təsiri zəifdir. Xlorhexidinin göbələk sporlara, çürütmə göbələklər, virusla qarşı effektiv deyil.

Orta inhibəedici konsentrasiyaları (mkq / ml) var:
bakteriyalar:
Escherichia coli 0,93 8,33
Enterobacter 26,6
Serratia marcescens
Pseudomonas aeruginosa > 73
ß- hemolitik streptokok 0,29
Steptococcus faecalis 0,97
Salmonella sp. 4,65
Klebsiella Sp. 8,97
Proteus spec. > 67
Streptococcus mutans 0,19
Staphylococcus aureus 1,17

maye, dermatofitlər и kif göbələklər:
Candida Albicans 11,0
Microsporum Canis 18,0
Aspergillus versicolor 75,0

Xlorhexidin az qələvi pH neytral PH diapazonunda ən effektivdir. Onun səmərəliliyi turşulu diapozonunda azalır. Sabun, qan və ya irinin ( hüceyrə fraqmentləri) olması Xlorhexidin effektivliyi azaldılır (konsentrasiyaları 100-1000 və dahada inhibəedici tələb olunur).

10 ml həcmində 0,2% Xlorheksidin ilə ağızı qarqara etdikdə 12 saat ərzində görmək olar ki, tüpürcək bakteriyaların miqdarını ciddi azalmasına gətirib çıxarır. Diş ərpinin əmələ gəlməsinin qarşısını alır. Xlorhexidinin və onun duzlarının qram-müsbət və qram-mənfi bakteriyala qarşı geniş spektrlı antimikrob təsiri var. Xloreksidinin təsir mexanizmi mikroorqanizmlərin hüceyrə membranalarına yaxınlıq əsasında olan xüsusiyyətləri fəal maddə ilə əlaqə səbəbiylə dəyişir. Lidokain hidroxlorid amid tipli yerli keyidicidir. Dərman sinir liftin natrium kanallarıni blokada etdikdə aktiv potensial vasitəsilə sinir hüceyrə membran depolarizasiyası prosesi pozulur. Nəticədə sensor sinir lifləriilə həyəcan ötürülməsi bloklanır.

Həkim tərəfindən başqa cür təyin olunmadıqda ağız boşluğunda və udlaqda olan iltihablaşmış nahiyələr 1 xörək qaşığı Traxisan qarqara məhlulu ilə 0,5 dəqiqə müddətində, gündə 3-4 dəfə yaxalanmalıdır. Sonradan ağız boşluğunu su ilə yaxalamaq lazım deyil. Məhlulu udmaq olmaz. 

Ancaq, təsadüfən udularsa, nəzərə almaq lazımdır ki, məhlul zərərli deyil. Məhlulun uzun müddətli təsirini təmin etmək məqsədi ilə preparat qida qəbulundan sonra istifadə olunmalıdır. 

Həkim və yaxud dentist tərəfindən xüsusi göstəriş olmadıqda Traxisan qarqara məhlulu fasiləsiz şəkildə 6 həftədən artıq istifadə olunmamalıdır.

Preparatın tərkibində 7,9% etil spirti vardr.

Hamiləlik və laktasiya: Qarqara etmək ücün Trahisan® vasitəsi onun tərkibində olan aktiv birləşməsinə baxmayaraq farmakoloji xassələrinə əsasən terapevtik dozada təhlükəsizdir, hamiləlik və laktasiya dövründə bu məhsul yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilinər. 
Sürücülüyə və ya digər makinaları idarə etməyinə təsir göstərmir

 

0

Sual ver

To prevent automated spam submissions leave this field empty.