Tirazur (Tyrosur)

Gündəlik həyatımızda nə qədər ehtiyyatlı olsaq da, dərimizi məişət zədələnmələrindən həmişə qorumaq alınmır: cızıqlar, sıyrıntılar, yaralar, yanıqlar. Yara səthini infeksiyalaşmaqdan qorumaq və ya, artıq yaraya daxil olmuş infeksiyalara qalib gəlmək üçün, hər birimizin evində alman preparatı olan Tirazur kimi etibarlı vasitə lazımdır.

Tirazur– böyüklərə və 0 yaşdan uşaqlara tövsiyyə olunan, antibakterial effektli, yarasağaldan preparatdır. Tirazurun əsas təsiredici komponenti tirotrisindir. Tirotrisin- təbii topik (yerli) antibiotik olaraq əsas üstünlüyü, bütün orqanizmə sistem təsirinin olmamasıdır. Çünki, qana sorulmur, infeksiya ocağına yalnız yerli təsir edir.

Tirazur–  geniş antibakterial təsirə malikdir və bir neçə növ göbələklərə məhvedici təsir göstərir. Bundan əlavə, yara nahiyyəsində yeni hüceyrələrin əmələ gəlməsini ləngidərək, sağalma prosesinə təsir edən sistem antibiotiklərdən fərqli olaraq Tirazur, yaranı dibdən təmizləyərək tez sağalmasını təmin edir. Qranulyasiya və epitalizasiya proseslərini stimullaşdırır. Müxtəlif səthi yaralarınmüalicəsində, infeksiyalaşmış ekzemalarda,yanıqlarda, trofiki yaraların sağalmasını sürətləndirmək məqsədilə, o cümlədən varikoz və şəkərli diabetlər zamanı Tirazur preparatından istifadə etmək olar. Yaralar xüsusi diqqət və Tirazur tələb edir!