Mətbuat-mərkəzi

21 Noyabr 2014-çi ildə Bakıda HYATT REGENSY BAKU otelində respublikanın 160 - dən artıq həkim kontingentinin, tələbə və müəllim heyətinin iştirakı ilə: «Yuxarı tənəffüs yollarının yoluxucu və iltihab xəstəliklərinin müalicəsində müasir yanaşma» mövzusu

15.12.2014

21 Noyabr 2014-çi ildə Bakıda HYATT REGENSY BAKU otelində respublikanın 160 - dən artıq həkim kontingentinin, tələbə və müəllim heyətinin  iştirakı ilə: «Yuxarı  tənəffüs yollarının yoluxucu və iltihab xəstəliklərinin müalicəsində müasir yanaşma»  mövzusunda  konfrans keçirildi.  

Ön söz verildi konfransın sədrinə ATU-nun II uşaq xəstəlikləri  kafedrasının  rəhbəri, t.e.d., prof.Eyyubova Amalia xanıma. Sonra  ilk təqdimatla:  “ Tez-tez xəstələnən uşaqlarda mukalitik terapiya”  t.e.d., Moskva pediatriya və uşaq cərrahiyyə ETİ pulmonoloqiya şöbəsinin rəhbəri, prof. Yuriy Leonidovic Mizernitskiy(Rusiya) çıxış etdi. Daha sonra  prof. Elena Konstantinovna Koloskova, -  t.e.d., Bukovski Dövlət Tibb Universitetinin pediatriya və uşaq infeksiyaları kafedrasının müdiri ( Ukraina) – “ Uşaqlarda kəskin respirator infeksiyalarının  müalicəsinin optimizasiyasi” (Influcid, Tonzilotrenla  bağlı pediatr mövqeyi).Üçüncü təqdimat : “Kəskin və xroniki farinqo-larinqitlərin profilaktika və müalicəsinə müasir yanaşma” – t.e.d.,  N. İ. Piroqov adına milli tibb universitetinin  otoloringologiya kafedrasının müdiri , prof. Vasiliy Vasilyevic Kişük, ( Ukraina) tərəfindən təqdim olundu.

Influcid, Sinnabsin, Tonzilotren və Prospan haqqda məlumatlar verildi:  tədqiqatların nəticələri, digər dərmanlarla uyğunluğları,  müalicə müddəti,  təsir mexanizmi və s. Məruzəçilər bu  dərmanların öz təyinat təcrübələri ilə paylaşdılar. Bütün təqdimatlar auditoriyada böyük maraq doğurmuşdur. Məruzələrdən sonra maraqlı suallar səsləndi. Viktorina oyun keçirildi,  bir çox qaliblər  qiymətli hədiyyələr aldılar.