Giriş hissəsi
Məlumatların məxfiliyinin hazırkı müdafiə siyasəti bizim web-saytımızdan istifadə etdiyiniz zaman fərdi məlumatların emal təcrübəsi barədə informasiyanı sizə təqdim edir.
Əgər biz fərdi məlumatlardan müştərilərə xidmət göstərilməsi, satışın, reklamın təşkil edilməsi və bazarın araşdırması məqsədilə bizim xidmətlərimizin göstərilməsi çərçivəsində istifadə etsək, bu barədə sizə bizim məxfilik siyasətimizdə məlumat verəcəyik.
Məlumatların nəzarətçisi:
“Alpen Farma AG”-nin Azərbaycanda Nümayəndəliyi
Tbilisi prospekti, 49/С,
Bakı şəhəri, АZ 1065,
Azərbaycan
Веб-sayt: www.alpenpharma.az
E-mail: data.protection@alpenpharma.com
Tel.: (+99 412) 499 72 71
Sizin hüquqlarınız
Giriş hüququ
Siz məlumatların müdafiəsi haqqında Ümumi müddəanın (GDPR) 15-ci maddəsinə uyğun olaraq şəxsi informasiyanızın emal olunub-olunmadığının təsdiqini bizdən tələb etmək hüququna maliksiniz. Bu halda siz həmin şəxsi məlumatlar barəsində informasiyadan, habelə GDPR-in 15-ci maddəsində adı çəkilən əlavə informasiyadan sərbəst istifadə etmək hüququna maliksiniz.
Düzəliş etmək hüququ
GDPR-in 16-cı maddəsinə uyğun olaraq siz şəxsi məlumatlarınızda olan səhvlərə dərhal düzəliş etməyimizi tələb etmək hüququna maliksiniz. Emal məqsədlərini nəzərə alaraq, siz həmçinin natamam fərdi məlumatları əlavə ərizənin verilməsi yolu ilə doldurmaq hüququna maliksiniz.
Məlumatları silmək hüququ
Siz şəxsi məlumatlarınızı dərhal silməyimizi bizdən tələb etmək hüququna maliksiniz. Biz GDPR-in 17-ci maddəsinin müvafiq tələblərinə əməl edilməsi şərtilə şəxsi məlumatları dərhal silməliyik. Lütfən, əlavə məlumat üçün GDPR-in 17-ci maddəsinə müraciət edin.
Emalı məhdudlaşdırma hüququ
GDPR-in 18-ci maddəsinə uyğun olaraq, müəyyən hallarda siz fərdi məlumatlarınızın emalını məhdudlaşdırmağımızı bizdən tələb edə bilərsiniz.
Məlumatları köçürmək hüququ
GDPR-in maddəsinə uyğun olaraq, siz tərəfinizdən təqdim edilmiş məlumatları strukturlaşdırılmış, hamı üçün əlçatan olan və maşınla oxuna bilən formatda ala bilərsiniz və siz, bizim bu məlumatları maneəsiz digər nəzarətçiyə həmin məlumatların emalına münasibətdə razılıq bəyannaməsinin (ərizəsinin) həmin şəxs tərəfindən GDPR-in 6 (1) a) maddəsinə və ya GDPR-in 9 (2) a) maddəsinə uyğun olaraq alınması şərtilə təhvil verə biləcəyimiz hüquqa maliksiniz; məlumatların emalı GDPR-in 6 (1) a) maddəsinə uyğun olaraq müqavilə əsaslarında və avtomatlaşdırılmış vasitələrin köməkliyi ilə yerinə yetirilir.
Etiraz etmək hüququ
GDPR-in 21-ci maddəsinə uyğun olaraq, siz fərdi məlumatlarınızın emalına qarşı GDPR-in 6 (1) e) və ya f) maddəsi əsasında öz etirazınızı bildirmək hüququna maliksiniz. Bu həmin müddəalar əsasında “psixoloji portretin” (şəxsiyyətin müəyyən xarakteristikasını formalaşdırmaqla) yaradılmasına da aiddir.
Əgər biz sizin fəri məlumatlarınızı vasitəsiz marketinq məqsədilə emal ediriksə, siz istənilən vaxt fərdi məlumatlarınızın bu məqsədlə emalına qarşı etiraz edə bilərsiniz. Bu “psixoloji portretin” (şəxsiyyətin müəyyən xarakteristikasını formalaşdırmaqla) yaradılmasına da aiddir, çünki bu birbaşa bu cür vasitəsiz marketinqlə bağlıdır.
Nəzarət orqanına şikayət vermək hüququ
GDPR-in 77-ci maddəsinə uyğun olaraq, hüquq müdafiəsinin digər istənilən inzibati və ya məhkəmə vasitəsi üçün zərər olmadan, nəzarət orqanına şikayət vermək hüququna maliksiniz. Bu hüququ, xüsusilə, Aİ üzvü olan dövlətin ərazisində sizin qeydiyyatda olan yaşayış yeriniz üzrə, iş yeri və ya sizin fərdi məlumatlarınızın emalının GDPR müddəalarını pozduğunu hesab edirsinizsə, ehtimal olunan pozuntunun baş verdiyi yer üzrə həyata keçirmək olar.
Şəxsi hüquqların həyata keçirilməsi
Əgər siz hüquqlarınızın birindən istifadə etmək istəyirsinizsə, məlumatların nəzarətçisi kimi, bizimlə əlaqə saxlayın və ya bizimlə əlaqə saxlamaq üçün təklif etdiyimiz istənilən digər formadan istifadə edin. Əgər hər hansı sualınız varsa, lütfən, bizimlə əlaqə saxlayın.
Web-serverlərdə protokollaşdırma
Siz bizim web-saytımıza daxil olduğunuz zaman web-saytın idarə edilməsi üçün işə götürdüyümüz şirkət sizin istifadə etdiyiniz qurğu (əməliyyat sistemi, ekran ölçüsü və digər qeyri-şəxsi funksiyalar) və brauzer (versiya, dil tənzimləmələri) haqqında texniki məlumatları, xüsusilə kompüterin hamı üçün əlçatan olan və sizin web-saytımıza daxil olmaq üçün istifadə etdiyiniz İP-ünvanını, o cümlədən giriş tarixini və vaxtını emal edir və saxlayır. IP-ünvan sizin qurğunuzun məlumatları İnternetə göndərən/İnternetdən alan unikal rəqəm ünvanıdır. Əgər web-saytımızdan istifadə zamanı sizi eyniləşdirməyə imkan verəcək məlumatları verməzsəniz, xidmət təchizatçımız və ya biz İP ünvanının kimə məxsus olduğunu faktiki olaraq öyrənə bilmərik. Bununla yanaşı, istifadəçiyə qarşı hüquqi tədbirlər görülərsə (məsələn, web-sayta hücumlar edildiyi halda), eyniləşdirilə bilər və biz araşdırma zamanı onların şəxsiyyəti barədə öyrənmiş olarıq.
Xidmət təchizatçımız emal edilməli olan məlumatlardan web-saytımıza daxil olmaq üçün hansı qurğulardan və hansı tənzimləmələrdən istifadə olunduğunu izləyə bilmək, sonra isə onu müvafiq qaydada optimallaşdırmaq üçün sizin şəxsiyyətinizi eyniləşdirməyən üsulla statistik məqsədlər üçün istifadə edir. Bu statistik məlumatların tərkibində heç bir şəxsi məlumat yoxdur. Statistikanın tərtib edilməsi üçün hüquqi əsas GDPR-in 6 (1) f) maddəsidir.
Bundan əlavə, IP-ünvan web-saytımıza sizin giriş əldə etməyə və ondan istifadə etməyə texniki imkanınızın olması üçün, habelə xidmət təchizatçımıza və ya web-saytımıza hücumların aşkar edilməsi və qarşısının alınması üçün istifadə olunur. Təəssüf ki, web-saytların operatorlarına və onların istifadəçilərinə zərər vurmaq üçün (məsələn, girişin qarşısının alınması, məlumat casusluğu, zərərli proqramların [məsələn, virusların] yayılması və ya digər qanunsuz məqsədlər üçün) nəzərdə tutulan hücumlar baş verir, həm də dəfələrlə. Belə hücumlar bizim tutduğumuz şirkətin məlumat emal mərkəzinin lazımi fəaliyyətini, web-saytımızdan və ya onun funksiyalarından istifadəni, habelə web-saytımızın ziyarətçilərinin təhlükəsizliyini poza bilər. IP-ünvan və vaxt belə hücumların qarşısının alınması üçün emal edilir. Bu emalla biz xidmət təchizatçımızın vasitəsilə web-saytımızın funksionallığının təmin edilməsində və bizə və web-saytımızın ziyarətçilərinə qarşı qanunsuz hücumların qarşısının alınmasında qanuni maraq güdürük. Belə məlumatların emalı üçün hüquqi əsas GDPR-in 6 (1) f) maddəsidir.
Saxlanılan İP məlumatları hücumun aşkar edilməsi və ondan müdafiə olunması üçün artıq tələb olunmadıqda silinir (anonimizasiya yolu ilə).
Cookies fayllar
Biz web-saytın texniki funksionallığını təmin etmək üçün, ziyarətçilərin web-saytımızdan necə istifadə etdiyini anlamaq və istifadəçilərin əvvəlcədən müəyyən edilmiş sazlamalarını öz brauzerində saxlamaq üçün biz web-saytımızın fəaliyyəti üçün cookies fayllardan və analoji texnologiyalardan (lokal saxlanclardan) istifadə edirik.
Cookie – web-saytımıza keçdiyinizdə sizin brauzerinizin kompüterinizdə yadda saxladığı kiçik mətn faylıdır. Əgər siz web-saytımızı yenidən ziyarət etmiş olsanız, biz bu cookies faylları yenidən oxuya bilərik. Cookies fayllar müxtəlif zaman müddətlərində saxlanılır. Siz brauzerinizin qəbul edəcəyi cookies siyahısını istənilən vaxt tənzimləyə bilərsiniz. Lakin bu web-saytımızın lazımi qaydada fəaliyyət göstərməyəcəyinə gətirib çıxara bilər. Bundan əlavə, siz cookies istənilən vaxt özünüz silə bilərsiniz. Əgər siz onları silməsəniz, biz cookies kompüterinizdə nə qədər müddətdə saxlanıldığını özümüz göstərə bilərik. Burada fərq seans və daimi cookies adlanan fayllar arasında aparılır. Seans cookies web-saytımızı siz tərk edən kimi və ya brauzeri bağlayan kimi silinir. Daimi cookies saxlanıldığı vaxt bizim göstərdiyimiz müddət qədər saxlanılır.
Biz cookies aşağıdakı məqsədlər üçün istifadə edirik:
· Bizim web-saytımızın funksiyalarından istifadə etmək üçün (məsələn, sizin sistemə daxil olmanızın eyniləşdirilməsi üçün) nəzərdə tutulan, texniki cəhətdən zəruri cookies fayllar. Bəzi funksiyalar həmin cookies fayllar olmadan verilə bilər.
· Sizin istifadə etmək istədiyiniz müəyyən funksiyaların texniki icrası üçün istifadə olunan funksional cookies.
· Sizin istifadəçi davranışınızın analizinə xidmət edən analiz edən cookies.
· Kənar cookies. Kənar cookies fayllar müəyyən funksiyaları işə salmaq üçün funksiyalarını tərəfimizdən web-saytımızda inteqrasiya etdiyimiz üçüncü şəxslər tərəfindən saxlanılır. Onlar həmçinin istifadəçinin davranışının analizi üçün istifadə oluna bilər.
İstifadəçilərimizin istifadə etdiyi brauzerlərin əksəriyyəti bizə hansı cookies faylların saxlanmasını tənzimləməyə imkan verir və (müəyyən) cookies faylları silməyə imkan verir. Əgər siz müəyyən web-saytlar üçün kənar web- saytların cookies fayllarından istifadə edilməsinə icazə vermirsinizsə, bizim web-saytımızın bütün funksiyalarından istifadə edilməsi mümkün olmayacaqdır. Daha geniş yayılmış brauzerlər üçün cookies fayllarının parametrlərinin necə tənzimlənməsi barədə informasiya buradadır:
· Google Chrome (support.google.com/chrome/answer/95647?hl= ru )
· Internet Explorer (https://support.microsoft.com/en-us/help/17442/windows-internet-explorer…)
· Firefox (https://support.mozilla.org/en/kb/cookies-release-and-claim)
· Safari (https://support.apple.com/kb/PH21411?locale=en_US)
Əks rabitə forması
Əgər siz təklif edilmiş əks rabitə formaları vasitəsilə bizə məlumat göndərsəniz, sizin tələbinizin emalı üçün bizə bildirdiyiniz məlumatlardan istifadə ediləcək. Bunun üçün hüquqi əsas – bizim qanuni marağımız sizin sorğunuza GDPR-in 6 (1) f) maddəsinə uyğun olaraq cavab verməkdir. Əgər sorğunuz bizimlə müqavilənin bağlanmasına xidmət edirsə, emal üçün gələcək hüquqi əsas GDPR-in 6 (1) b) maddəsidir. Məlumatlar sizin sorğunuz təmin edildikdən sonra silinəcəkdir. Əgər qanunla biz məlumatları daha uzun müddət ərzində saxlamalıyıqsa, silinmə müvafiq müddət bitdikdən sonra həyata keçiriləcəkdir.
İşə qəbul barədə vakansiyaya cavab
Biz şadıq ki, siz bizə maraq göstərdiniz və bizim şirkətdə vəzifə üçün ərizə vermisiniz və ya iddialısınız. Aşağıda biz sizin vakansiyaya cavabınızla əlaqədar olaraq şəxsi məlumatlarınızın emalına aid olan informasiyanı sizə təqdim etmək istərdik.
Sizin bu vəzifəyə (əgər tətbiq edilə biləndirsə, şirkətimizdə digər açıq vakansiyalar üçün) yararlığınızı qiymətləndirmək və vakansiyanın doldurulması üçün ərizə vermək prosedurunu yerinə yetirmək üçün cavabınızla bağlı bizə təqdim etdiyiniz informasiyanı emal edirik.
Sizin şəxsi məlumatlarınızın emalı üçün hüquqi əsas GDPR-in 6 (1) f) maddəsinə uyğun olaraq qanuni maraqların həyata keçirilməsidir. Bizim marağımız ərizə vermə prosedurunun yerinə yetirilməsindən və mümkün qədər öz hüquqlarımızın qorunmasından və iddialardan müdafiə olunmaqdan ibarətdir.
Ərizə rəddə edildiyi halda namizədin məlumatları 6 ay ərzində silinməlidir.
Əgər siz ərizənin verilmə prosesində vəzifəyə qəbul edilərsinizsə, namizədin məlumatları məlumat sistemindən bizim heyət haqqında informasiya sistemimizə köçürüləcəkdir.
Mahiyyəti üzrə sizin məlumatlarınız şirkətdə yalnız vakansiyaya cavab prosedurunun lazımi qaydada yerinə yetirilməsi üçün tələb olunan şəxslərə veriləcəkdir.
Məlumatların üçüncü şəxslərə açıqlanması
Bizə ötürülən fərdi məlumatları üçüncü şəxslərə açıqlamırıq (xüsusən də qeyri-reklam məqsədləri üçün).
Lakin bizim internet-səhifələrimizin funksional fəaliyyəti və ya məhsulların/xidmətlərin göstərilməsi üçün xidmət təchizatçıları ilə (məlumatların emalını həyata keçirən şəxslərlə) əməkdaşlıq edirik. Şəxsi məlumatlar bu xidmət təchizatçılarına bildirilə bilər. Biz xidmət təchizatçılarının seçiminə, xüsusilə məlumatların müdafiəsi və məlumatların təhlükəsizliyi barəsində ehtiyatla yanaşırıq və məlumatların emalının təhlükəsizliyi üçün məlumatların müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq bütün zəruri tədbirləri görürük.
Məlumatların Aİ hüdudlarından kənarda emalı
Biz sizin fərdi məlumatlarınızı Aİ-də və ya İsveçrədə emal edirik. 2000/518/Aİ qərarı ilə Avropa İttifaqı müəyyən etmişdir ki, İsveçrə müvafiq müdafiə səviyyəsinə malikdir. Lakin plaqin və alətlərindən istifadə etdiyimiz bəzi xidmət təchizatçılarımız məlumatları Aİ hüdudlarından kənarda emal edir. Bu məlumatların hazırkı məxfilik siyasətində istifadə etdiyimiz plaqinlər/alətlər barəsində informasiyada izah olunacaqdır.
Biz məlumatların müdafiəsinin lazımi səviyyəsini Privacy Shielddə (Qeyd, Aİ və ABŞ arasında məxfi informasiya mübadiləsinin qaydaları haqqında saziş) iştirak kontekstində və məlumatların müdafiəsi və saxlanması üçün xidmət təchizatçısının qəbul etdiyi tədbirlərdə təmin edirik.
Google Analytics
Biz məlumatların emalı haqqında saziş çərçivəsində Google LLC şirkəti (bundan sonra mətn üzrə “Google” kimi istinad olunacaqdır), Amphitheatre Parkway, Mountain View, CA 94043, USA tərəfindən, mümkün qədər, Google Analytics – Google Tag Manager teq-menecer vasitəsilə təqdim edilən servisdən istifadə edirik. Google sifarişlərin emalı qismində “cookie” adlı fayldan – sizin kompüterinizdə brauzeriniz tərəfindən saxlanılan kiçik mətn faylından istifadə edir. Cookies faylları sizin hansı web-sayta müraciət etdiyiniz barədə informasiyanı və xüsusilə, aşağıdakı informasiyanı: brauzerin tipi/versiyası, istifadə olunan əməliyyat sistemi, əməliyyat sistemi və brauzer haqqında texniki informasiyanı, habelə arxasında işlədiyiniz kompüterin hamı üçün əlçatan olan İP-ünvanını Google şirkətinə verir. Biz Google Analytics-dən sizin İP-ünvanınız yalnız anonim formada istifadə olunacaq formada istifadə edirik. Bu anonimləşdirmə Google şirkətindən bildiriş alındıqdan sonra Avropa İttifaqının ərazisində və ya Avropa iqtisadi məkanının üzv-ölkələrində qüvvədədir. İstisna hallarda tam İP-ünvan Google şirkətinin ABŞ-dakı serverinə göndərilir və orada anonimləşdirilir. Google şirkətinə görə, İP-ünvan daimi məlumat daşıyıcısında saxlanılana qədər anonimləşdiriləcəkdir. Ətraflı olaraq https://support.google.com/analytics/answer/6004245?hl=ru ünvanı üzrə əlverişli olan Google məxfilik siyasətinə baxın.
Google Analytics bizə web-saytımızdan istifadə statistikasını, habelə ziyarətçilər və onların eyniləşdirilməmiş formada davranışı barədə demoqrafik məlumatları toplamağa imkan verir. Statistika həmçinin axtarışın optimallaşdırılması və reklam xərclərini yaxşılaşdıra bilməmiz üçün bizə ziyarətçilərin saytımızı necə tapdığını anlamaqda yardım etmək məqsədilə tərtib edilmişdir. Bu təkmilləşdirmə bizə web-saytımızı, habelə reklam kampaniyalarımızı yaxşılaşdırmaq imkanını əldə etməmiz üçün qanuni maraqlarımızı təqib etməyə yardım göstərir. Belə məlumatların emalı üçün hüquqi əsas GDPR-in 6 (1) f) maddəsidir.
Google Analyticsdən istifadədən necə imtina etmək barədə informasiyanı https://tools.google.com/dlpage/gaoptout?hl=ru ünvanında tapmaq olar.
Google AdSense
Bu səhifə Google İnc (bundan sonra mətn üzrə – “Google” kimi istinad olunacaqdır) reklam elanlarının inteqrasiyası üçün Google AdSense servisindən istifadə edir. Provayder – Google Inc. şirkəti, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, USA.
Google AdSense istifadəçilərin səhifədən necə istifadə etməsini analiz etməkdə web-sayta yardım etmək üçün mətn fayllarını ifadə edən, sizin kompüterinizdə yerləşən “cookies” fayllardan istifadə edir. Google AdSense həmçinin qondarma web-mayaklardan (görünməz qrafik elementlərdən) istifadə edir. Bu web-mayakların köməyi ilə informasiyanı, məsələn bu səhifələrin davamiyyətini qiymətləndirmək olar.
Bu web-saytın istifadə olunması (o cümlədən sizin İP-ünvan) barədə və reklam formatları barədə cookies fayllardan və web-mayaklardan alınan informasiya Google şirkəti tərəfindən ötürüləcək və Birləşmiş Ştatlarda serverlərdə saxlanılacaqdır. Bu informasiya Google şirkəti tərəfindən Google kontragentlərinə açıqlana bilər ++++++++++
. lakin Google sizin İP-ünvanınızı sizin malik olduğunuz istənilən digər məlumatla birləşdirməyəcəkdir.
Cookie AdSense faylları GDPR 6 (1) f) maddəsinə uyğun olaraq saxlanılır. Web-saytın operatoru istifadəçinin web-saytının və onun reklamının təkmilləşdirilməsi məqsədilə onun davranışının analizinə qanuni marağı var.
Google Adwords / Konversiyaların izlənməsi
Bu sayt Google AdWords istifadə edir. AdWords – Google Inc. şirkətinin, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, United States (bundan sonra – mətn üzrə “Google”) onlayn reklam proqramıdır.
Biz Google AdWords çərçivəsində konversiyaların qondarma izlənməsindən istifadə edirik. Siz Google şirkətinin yerləşdirdiyi elanın üzərinə basdığınız zaman konversiyaların izlənməsi üçün cookies quraşdırılır. Cookies fayllar internet-brauzerin istifadəçi kompüterində saxladığı kiçik mətn fayllarıdır. Bu cookies fayllar 30 gündən sonra qüvvəsini itirir və istifadəçilərin eyniləşdirilməsinə xidmət etmir. Əgər istifadəçi bu web-saytın müəyyən səhifələrini ziyarət edirsə, cookies faylların qüvvədə olma müddəti hələ bitməmişsə, Google və biz istifadəçinin elanın üzərinə basdığını və bu səhifəyə yönəldildiyini izləyə bilərik.
Hər bir Google AdWords müştərisi öz cookies faylını alır. Cookies fayllar AdWords müştərilərinin saytları vasitəsilə izlənə bilmir. Konversiya üçün cookies-fayl vasitəsilə əldə edilmiş informasiya konversiyaların izlənməsini seçmiş AdWords müştəriləri üçün konversiya statistikasının yaradılmasında istifadə olunur. Müştərilər onların elanlarının üzərinə klikləmiş və quraşdırılmış konversiya izləmə teqinin olduğu səhifəyə yönləndirilmiş istifadəçilərin ümumi sayını görürlər. Lakin AdWords müştərisi istifadəçiləri eyniləşdirəcək heç bir informasiyanı almır. Əgər siz izləmədə iştirak etmək istəmirsinizsə, öz brauzerinisdə “İstifadəçi tənzimləmələri” bölməsində Google konversiyalarının izlənməsi üçün cookie-faylı söndürməklə, bu istifadədən asanlıqla imtina edə bilərsiniz. O zaman onlar konversiyaların izlənmə statistikasına əlavə edilməyəcəkdir.
Konversiyaların izlənməsi üçün cookie-fayllar həm web-saytın, həm də onun reklamının təkmilləşdirilməsi məqsədilə istifadəçinin davranışının analizinə olan qanuni maraq əsasında saxlanılır (Hüquqi əsas: GDPR-in 6 (1) f) maddəsi).
Siz cookies faylların tənzimlənməsi barədə informasiyanı əldə etmək və cookies fayllardan yalnız müəyyən hallarda istifadəsinə icazə vermək və ya cookies faylları yalnız müəyyən hallarda qəbul etmək və ya bir qayda olaraq, onları istisna etmək və brauzer bağlandıqda cookies faylların avtomatik silinməsini aktivləşdirmək üçün öz brauzerinizi tənzimləyə bilərsiniz. Əgər cookies söndürülərsə, bu saytın funksionallığı məhdudlaşa bilər.
Google Remarketing / Double Click
Bizim saytlarımız Google AdWords və Google DoubleClickdə bir neçə qurğunun birgə istifadə funksiyaları ilə uyğun şəkildə Google Analitics remarketinq funksiyalarından istifadə edir. Provayder – Google Inc. şirkəti, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, USA.
Bu funksiya Google Analytics Remarketing vasitəsilə yaradılmış məqsədli reklam qruplarını Google AdWords və Google DoubleClickdə bir neçə qurğunun birgə istifadə funksiyaları birləşdirməyə imkan verəcəkdir. Beləliklə, sizin əvvəlki istifadə təcrübənizdən və bir qurğu ilə (məsələn, mobil telefon) İnternetdə davranışınızdan asılı olaraq sizin maraqlarına uyğunlaşdırılmış fərdi reklam məlumatları digər qurğuda (məsələn, planşetdə və PK-da) da eyni qaydada əks olunacaqdır.
Əgər siz razılıq versəniz, Google bu məqsəd üçün brauzerin və web-brauzein tarixçəsini sizin Google uçot hesabınızla əlaqələndirəcəkdir. Beləliklə, fərdiləşdirilmiş eyni reklam məlumatları sizin özünüzün Google uçot hesabınıza daxil olduğunuz istənilən qurğuda əks olunacaqdır.
Bu funksiyanın dəstəkləmək üçün Google Analytics bir neçə qurğuda reklam üçün məqsədli auditoriyanı müəyyən etmək üçün müvəqqəti olaraq bizim Google Analytics məlumatlarımızla əlaqədə olan istifadəçilərin eyniləşdirilmiş Google-eyniləşdiricilərini toplayır.
Siz, https://www.google.com/settings/ads/onweb/ istinadına keçərək, öz Google hesabınızda fərdiləşdirilmiş reklamdan imtina etməklə, remarketinqdən/targetinqdən həmişəlik imtina edə bilərsiniz.
Sizin Google hesabınızda toplanmış məlumatlar yalnız sizin verə biləcəyiniz və ya Google şirkətindən geri çağıra biləcəyiniz razılığınız əsasında toplanır (GDPR-in 6 (1) а) maddəsi). Sizin Google uçot qeydinizlə birləşdirilməyən məlumat yığım prosesləri olduğu halda (məsələn, çünki sizin Google uçot qeydiniz yoxdur və ya istifadənin birləşdirilməsinə qarşı etiraz bildirmisiniz), məlumat yığımı GDPR-in 6 (1) f) maddəsinə əsaslanır. Əsaslandırılmış maraq onunla izah edilir ki, sayt operatoru sayt istifadəçilərin anonim analizində reklam məqsədilə maraqlıdır.
Əlavə informasiya və məlumatları müdafiə qaydalarını https://www.google.com/policies/technologies/ads/ ünvanı üzrə Google məxfilik siyasətində tapmaq olar.
Flowplayer
Biz onlayn-təklifimizə http://www.flowplayer.com saytında saxlanılan və bilavasitə bizim web-saytımızdan ifa oluna biləcək video roliklər əlavə etmişik. Bu emal GDPR-in 6 (1) f) maddəsinin 1-ci təklifinə əsaslanmışdır. Bununla birlikdə biz istifadəçilərə xidmət keyfiyyətinin yüksəldilməsində və bizim xidmətlərimizin optimallaşdırılmasında olan qanuni marağımızı təqib edirik. Flowplayer AB Riddargatan 17B, 114 57, Stockholm, Sweden ünvanında yerləşir və Avropa İttifaqı məlumatların müdafiəsi haqqında qanununun təsiri altına düşür.
Flowplayer, web-saytı ziyarət etməklə, bizim web-saytın müvafiq alt səhifəsini açdığınız barədə informasiya əldə edir. Bu sizin daxil olduğunuz istifadəçi uçot qeydini Flowplayerin təqdim etməsindən və ya istifadəçinin uçot qeydinin olmamasından asılı olmayaraq baş verir. Əgər siz Flowplayerə daxil oldunuzsa, sizin məlumatlarınız birbaşa sizin uçot qeydinizlə əlaqələndiriləcək. Əgər siz Flowplayerdə olan profilinizlə əlaqələndirilmənizi istəmirsinizsə, ondan web-saytı ziyarət etmədən öncə çıxmalısınız. Flowplayer sizin məlumatlarınızı istifadəçi profilləri şəklində saxlayır və onlardan reklam, bazarın araşdırılması və/və ya öz web-saytının sizin tələblərinizə uyğun olaraq adaptasiyası üçün istifadə edir. Belə qiymətləndirmə xüsusilə (hətta sistemə daxil olmayan istifadəçilər üçün) tələbə uyğun istiqamətləndirilmiş reklamın təqdim edilməsi üçün və sizin web-saytımızda fəaliyyətiniz barədə sosial şəbəkənin digər istifadəçilərinin məlumatlandırılması üçün aparılır. Bu cür istifadəçi profilinin yaradılmasına qarşı sizin etiraz etmək hüququnuz var. Bu hüquqdan istifadə etmək üçün siz Flowplayerlə əlaqə yaratmalısınız.
Flowplayerin məlumatlarının məqsədləri və yığım mühiti barədə ətraflı informasiyanı məxfilik Siyasətində tapmaq olar. Orada siz həmçinin məxfiliyinizin qorunması üçün hüquqlarınız və tənzimləmələriniz barədə əlavə informasiya tapa bilərsiniz: https://flowplayer.com/privacy-policy
Məxfilik siyasətinin yenilənməsi
Biz bu məxfilik siyasətini həmişə aktual vəziyyətdə saxlayırıq. Buna görə biz zaman-zaman onu dəyişməyi və sizin məlumatlarınızın yığım, emal və ya istifadə təcrübəsini yeniləmək hüququnu özümüzdə saxlayırıq. Məxfilik siyasətinin cari versiyası həmişə aşağıdakı ünvan üzrə əlçatandır alpenpharma.az/az/privacy-policy-az.
Əgər sizin bu məxfilik siyasəti barədə hər hansı sualınız varsa, lütfən, aşağıdakı əlaqə məlumatından istifadə etməklə, bizimlə əlaqə saxlayın:
Email: data.protection@alpenpharma.com