Azərbaycanda «Alpen Farma»
Azərbaycanda «Alpen Farma» şirkətlər qrupunun tarixi 2012 ci ildən, yəni, «Alpen Farma AQ» («Alpen Pharma AG») nümayəndəliyinin Bakıda açıldığı andan başlanır. «Alpen Farma» – nın peşəkarlar komandası xəstələrə daha da yaxın olmağa can ataraq şirkətin məhsullarının bütün spektrinə daxil olmaq imkanını artırmaqla bu gün Azərbaycanın bir neçə iri şəhərlərində işləyir.
Azərbaycanda «Alpen Farma AQ» nümayəndəliyinin preparatlarının çantası ildən ilə təkmilləşir, və xəstələrin geniş dairəsi ilə yanaşı müxtəlif ixtisaslı həkimlərin də tələbatlarını təmin edən külli miqdarda dərman vasitələrindən ibarətdir.
Bu gün Azərbaycanda «Alpen Farma AQ» Avropanın əczaçılıq üzrə «Deutsche Homoopathie-Union» – «DHU Arzneimittel GmbH & Co.KG» (Almaniya), «Engelhard Arzneimittel GmbH» (Almaniya), «Dr. Gustav Klein GmbH & Co.KG» (Almaniya) kimi məşhur istehsalçılarını təmsil edir.
«Alpen Farma AQ» (Bern, İsveçrə) Azərbaycandakı nümayəndəliyi tibbi və müalicəvi-profilaktik müəssisələr, təcrübəçi həkimlər, əczaçılar və əczaçılıq məhsullarının istehlakçıları ilə iş prosesinə əhəmiyyətli diqqət yetirir; təcrübə mübadiləsinə yardım göstərən kliniki tədqiqatların, elmi-praktik konfransların və seminarların keçirilməsinə fəal şəkildə dəstək verir, eləcə də, həkimlərin ixtisaslarının artırılması ilə bağlı təhsil proqramlarını həyata keçirir.
«Alpen Farma AQ» (Bern, İsveçrə) Azərbaycandakı nümayəndəliyi Mirqasımov adına Respublika klinik xəstəxanası, Respublika uşaq klinik xəstəxanası, Ə.F.Qarayev adına Uşaq klinik xəstəxanası, 11 saylı ağciyər xəstəlikləri üzrə uşaq xəstəxanası, ağciyər xəstəlikləri üzrə Elmi-Tədqiqat İnstitutu, mamaçalıq və ginekologiya üzrə Elmi-Tədqiqat İnstitutu, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıq edir.
«Alpen Farma AQ» şirkəti – stabil, sosial baxımdan məsuliyyətli və etik şirkət olub, cəmiyyətə xəstəliklərin müalicəsi və profilaktikası ilə bağlı yenilikçi metodları bəxş etməklə yanaşı öz fəaliyyəti ilə «In the name of health!» («Sağlamlıq naminə!») kimi ən xeyirxah missiyanı təyin edir.
«Alpen Farma AQ» (Bern, İsveçrə) Azərbaycandakı nümayəndəliyi ilə əlaqə:
Tiflis prospekti,49\С .Çıraq Plaza, Bakı şəhəri, Azərbaycan, 1065
tel.: +994124997271,+994124997200
e-mail:www.alpenpharma.com.ua