20 Oktyabr 2014-çi ildə Bakıda HYATT REGENSY BAKU otelində respublikanın 200- dən artıq həkim kontingentinin, tələbə və müəllim heyətinin, o cümlədən media nümayəndələrinin iştirakı ilə “Dəyişən ətraf mühitə, kollektivə uşaq organizminin uyğunlaşması” mövzusunda maraqlı tədbir keçirildi.
Ön söz verildi konfransın sədrinə Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının müdiri prof. Aslan Həsənova. Sonra DHU Beynəlxalq Əlaqələr Departamentinin direktoru Georg Schmidt « Sizin Sağlamlıqınıza təbii yol» təqdimatla çıxış edti. Daha sonra Ukrainanın Bogomolets adına Milli Tibb Universitetinin 4 saylı Pediatriya şöbəsinin prof., t.e.d., Mityuryaeva Inga Aleksandrovna: “Gənc uşaqlarda əsas funksional pozğunluqlarının düzəlişinə müasir prinsiplər”. Üçüncü təqdimatı Gürcüstan Milli Elmlər Akademiyasının üzvü, M. Quramişvili aına Uşaq Klinikasının direktoru, professor Ketevan Nemsadze (Gürcüstan) elədi : ” Gənc uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılması”. Çıxış edənlər Qastrokind, Dentokind, Dormikind, Immunokind, Enterokind, Kindinorm və başqa dərman pereparatlarının insan orqanizminin sağalmasına göstərdiyi fəsadsız təsirdən danışdılar , dərmanların tərkibi ilə, tədqiqatların nəticələri ilə tanış etdilər və öz təcrübələri ilə paylaşdılar.
Məruzələrdən sonra maraqlı suallar səsləndi. Viktorina oyun keçirildi, bir çox həkimlər qiymətli hədiyyələr aldılar.