Haqqımızda

Farmokoloji nəzarət

Farmakonəzarət və keyfiyyət təminatı sistemi

Şirkətin missiyası hər bir insanın sağlamlığının qeydinə qalmaqdır. Məhz buna görə şirkətin dərman vasitələrinin və tibbi cihazların təhlükəsizliyi, effektivliyi və keyfiyyəti ilə bağlı məlumatların toplanması işimizin vacib hissəsidir. Bu məqsədə nail olmaq üçün dərmanların və tibbi cihazların keyfiyyəti ilə bağlı mənfi hadisələri / effektivliyin çatışmazlığını və şikayətləri vaxtında müəyyən etməyə imkan verən keyfiyyət təminatı və farmakonəzarət sistemi yaradılmışdır.

Dərman və ya tibbi cihazımızın istifadəsi ilə bağlı xoşagəlməz hadisə/effektivliyin olmaması və ya keyfiyyət problemləri barədə məlumat vermək istəyirsinizsə, sizin üçün rahat olan istənilən məlumatlandırma üsulunu seçə bilərsiniz:

  1. Telefon vasitəsilə 24\7: +99455 333 0314
  2. Elektron poçt vasitəsilə: pharmacovigilance@alpenpharma.com

pv@avromed.az

Hansı problem barədə məlumat verə bilərsiniz:

  1. Əlavə hall– dərman vasitəsinin qəbulu ilə əlaqəli olub-olmamasından asılı olmayaraq, dərman qəbul etmə vaxtı ilə üst-üstə düşən hər hansı arzuolunmaz və gözlənilməz təzahür, simptom və ya xəstəlik.
  2. Yanlış tətbiq – tibbi istifadə üçün təsdiq edilmiş təlimatlara uyğun olmayan dərman vasitəsinin qəsdən və səhv istifadə edilməsi.
  3. Qeydə alınmamış göstərişlər üçün istifadə – dərman vasitəsinin tibbi istifadə üçün təlimatlara uyğun olmayaraq qəsdən istifadə edildiyi hallar.
  4. Normadan artıq istifadə – zərərli fiziki və ya psixoloji təsirlərlə müşayiət olunan dərmanların davamlı və ya qeyri-müntəzəm, qəsdən həddindən artıq istifadəsi.
  5. Effektivliyin olmaması – təsdiq edilmiş göstərişlər daxilində gözlənilən farmakoloji təsiri əldə edə bilməmək. Peyvəndlər üçün nümunə: Profilaktika üçün peyvənd edilmiş xəstədə xəstəliyin yaranması.
  6. Peşəkar fəaliyyət zamanı təsir – həm peşəkar, həm də qeyri-peşəkar fəaliyyətlər nəticəsində insana dərmanın təsiri.
  7. Doza həddini aşma – tibbi istifadə üçün təsdiq edilmiş təlimatlara uyğun olaraq dərman vasitəsinin bir dəfə və ya gün ərzində tövsiyə olunan maksimum gündəlik dozadan artıq miqdarda istifadəsi. Doza həddinin aşılması ilə bağlı kumulyativ təsir də nəzərə alınır.
  8. Gözlənilməz faydalı təsir – Dərman vasitəsinin istifadəsindən sonra baş verən və xəstəliyin və ya simptomların gedişində sağalmaya və ya yaxşılaşmaya səbəb olan, gözlənilməyən və ya tədqiqatlarda müəyyən edilməmiş hər hansı gözlənilməz faydalı təsir.
  9. Tibbi xəta – həkimin, xəstənin və istehlakçının dərman preparatlarının təyin edilməsi, hazırlanması və ya tətbiqi zamanı təsadüfən buraxdığı hər hansı səhvə aiddir.
  10. İnfeksiyanın ötürülməsinə şübhə – mənfi təsir ilə əlaqəli olub-olmamasından asılı olmayaraq dərman vasitəsi ilə infeksiyanın ötürülməsi.
  11. Hamiləlik və ya laktasiya dövründə təsiri – hamiləlik və ya laktasiya zamanı qəbul edilən hər hansı bir dərman. Dərmanın təsiri hamiləlikdən əvvəl də başlaya bilər, məsələn, ana və ya ata tərəfindən kontrasepsiya zamanı və ya mayalama zamanı dərmanın ata tərəfindən qəbul edilməsi.

 

Məhsulların keyfiyyəti ilə bağlı hər hansı məlumatınız və ya təklifiniz varsa e-poçt ünvanına göndərə bilərsiniz:

quality@alpenpharma.com

 

Verdiyiniz bütün məlumatlar məxfidir və qanunvericiliyin tələb etdiyi hallar istisna olmaqla, açıqlana bilməz.