Alpen Pharma şirkəti Azərbaycan Uroandroloqlarının XXIV Simpoziumunda iştirak etmişdir. Simpozium çərçivəsində Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri və Azərbaycan Endourologiya Cəmiyyətinin sədri, professor Rauf Nağıyev elmi məruzə ilə çıxış etmişdir.
Məruzə xroniki prostatit və prostat vəzi xərçənginin diferensial diaqnostikasına həsr olunmuşdur. Təqdimatda EAU/AUA-nın müasir klinik tövsiyələri, PSA, multiparametrik MRT (mpMRT) və hədəfli Fusion biopsiya əsasında qurulan diaqnostik alqoritmlər, eləcə də iltihabi proseslərin diaqnostik qərarlara təsiri müzakirə edilmişdir.
Bundan əlavə, xroniki prostatitin patogenezi, fibroz və bakterial biopərdələrinin rolu, həmçinin Distreptaza® ferment preparatının kompleks müalicədə istifadəsinin klinik əhəmiyyəti və pasiyentlərin həyat keyfiyyətinə təsiri təqdim olunmuşdur.
Simpozium zamanı Alpen Pharma şirkətinin nümayəndələri iştirakçılara şirkətin uroloji portfeli haqqında məlumat vermiş, Toreo®, Distreptaza®, Dannoza Uro-Prolong®, Solidagoren® və Prostamed® preparatlarını təqdim etmişlər.
Maraqlı elmi müzakirələrə və təcrübə mübadiləsinə görə təşkilatçılara və bütün iştirakçılara təşəkkür edirik.
.



