
Alpen Pharma şirkətinin Azərbaycandaki nümayəndəliyinin təşkilatçılığı ilə pediatr və otorinolarinqoloqlar üçün iki elmi-praktik tədbir uğurla həyata keçirildi. Görüşlər Sumqayıt və Gəncə şəhərlərində baş tutdu.
Tədbirlər pediatr və LOR həkimlərini bir araya gətirərək aktual klinik məsələlərin müzakirəsi, praktik təcrübə mübadiləsi və multidissiplinar əməkdaşlığın gücləndirilməsi üçün səmərəli platforma yaratdı.
Uşaqlarda virus bronxitlərinin müasir müalicə yanaşmaları
Məruzəçi qismində Həkimləri Təkmilləşdirilmə İnstitutunun pediatriya kafedrasının dosenti, pediatr-həkim çıxış etdi. Məruzə zamanı uşaqlarda virus mənşəli bronxitlərin müasir müalicə prinsipləri, diaqnostik səhvlər və rasional simptomatik terapiya məsələləri ətraflı şəkildə təqdim olundu.
Xüsusilə aşağıdakı preparatların klinik praktikada rolu vurğulandı:
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və real klinik halların müzakirəsi ilə davam etdi.
Pediatr və LOR əməkdaşlığı: pasiyent nə zaman yönləndirilməlidir?
Tədbirin ikinci məruzəçisi LOR-cərrah həkim oldu. O, pediatr tərəfindən uşağın hansı hallarda LOR mütəxəssisinə yönləndirilməli olduğunu, diqqət yetirilməli “qırmızı bayraq” simptomları və tez-tez rast gəlinən klinik səhvləri ətraflı izah etdi.
Həmçinin multidissiplinar yanaşmanın əhəmiyyəti və rinosinusitlərin kompleks müalicəsində Sinnabsin preparatının üstünlükləri barədə məlumat verildi.
Tədbirlərin yekunu
Hər iki şəhərdə keçirilən görüşlər interaktiv formatda baş tutdu və iştirakçı həkimlərin fəal diskussiyası ilə yadda qaldı.
Biz bütün iştirakçı həkimlərə peşəkar maraq və aktiv iştiraka görə təşəkkür edirik. Bu cür maarifləndirici təşəbbüslər tibbi xidmətin keyfiyyətinin artırılmasına və ixtisaslararası əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.




