“Alpen Farma АQ” Şirkəti – stabil, sosial baxımdan məsuliyyətli və etik şirkət olmaqla yanaşı, cəmiyyətə xəstəliklərin müalicəsi və profilaktikası ilə bağlı yenilikçi metodları təqdim edən şirkətdir.
Şirkətimizin fəaliyyəti gözəlliyin və sağlamlığın qorunub saxlanmasına, eləcə də, planetimizin milyonlarla üzvünün həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
“Alpen Farma АQ” Şirkəti tibbi və müalicəvi-profilaktik idarələr, təcrübədən keçmiş həkimlər, əczaçılıq məhsullarının provizorları və istahlakçıları ilə aparılan işə böyük diqqət ayıraraq, təcrübənin mübadiləsinə yardım göstərən elmi-praktiki konfransların və seminarların keçirilməsini, eləcə də, həkimlərin ixtisalarının artırılmasına dair təhsil proqramlarını fəal şəkildə dəstəkləyir.
“Alpen Farma АQ” Şirkəti planetin sakinlərinin sağlamlığının keyfiyyətinin qorunması və yaxşılaşdırılmasına yönəlmiş bir çox tibbi-sosial proqramların təşəbbüskarı və həyata keçirənidir: «Sağlam uşaqlıq – sağlam millət», «Yarasız həyat», «Mən təkrarsızam» və.başqaları.
Bizim dəyərlərimiz
Dərman təminatı sahəsində işləyən hər bir insan üçün birinci şəxs yekun nəticədə xəstədir. Buna görə də, preparatların effektivliyinə və təhlükəsizliyinə ğörə məsuliyyətimiz və peşəkarlığımız hər kəsə və hamıya dərmanlar ilə keyfiyyətli xidmətin təqdim olunmasına yardım göstərir və hər bir insanın həyatını sağlam, dünyamızı isə daha da yaxşı edir.
Biz “Alpen Farma АQ” Şirkətinin hər bir müştərisinin, xəstənin, həkimin, əczaçının tələbatlarını təmin etməyə və onların ümidlərini doğrultmağa çalışırıq – bu bizim əsas məsuliyyətimizdir.
Effektivliyi və təhlükəsizliyi dünyanın onlarla ölkəsində milyonlarla xəstələr tərəfindən uzun illər ərzində uğurla tətbiq olunmaqla sübuta yetirilən preparatları təqdim etməklə cəmiyyət qarşısındakı məsuliyyətimizin əsas dəyərini müəyyən edirik.