Boş vakansiyaya namizədlər üçün fərdi məlumatların müdafiəsi haqqında ərizə

Biz şadıq ki, Siz maraq göstərmisiniz və bizim Şirkətdə vakansiya üçün ərizə vermisiniz. Aşağıda Sizin təqdim etdiyiniz sənədlərlə bağlı fərdi məlumatlarınızın emal edilməsi barədə informasiya verilmişdir.

 

Məlumatlar üzrə nəzarətçi

 

Qanunvericilik nöqteyi-nəzərindən məlumatların müdafiəsinə görə Şirkət cavabdehdir: Əlaqələr Azərbaycan nümayəndəliyi, Azərbaycan, Bakı 49/C, Tbilisi prospekti, AZ 1065. Bizim şirkət haqqında daha geniş informasiyanı, səlahiyyətli şəxslər haqqında informasiyanı, habelə digər əlaqə məlumatlarını Siz saytımızın “Contacts” bölməsində tapa bilərsiniz: www.alpenpharma.az

 

Emal edilən məlumatlar. Fərdi məlumatların emal məqsədləri

 

Biz, boş vakansiyaya ərizə verilən zaman sizin bu vəzifə üçün peşə yararlığınızın yoxlanılması üçün (və ya, zərurət olduqda, bizim şirkətdə digər açıq mövqelər üçün)  və mühafizəkar prosedurun aparılması üçün Sizin vakansiyaya ərizənizlə əlaqədar olaraq tərəfinizdən verilmiş məlumatları emal edirik.

 

Qanunverici baza

 

Boş vakansiyaya ərizə verilməsi prosesində Sizin fərdi məlumatlarınızın emal edilməsi üçün biz hüquqi nöqteyi-nəzərdən məlumatların müdafiəsi üzrə Ümumi reqlamentin (DSGVO/GDPR) 6-cı maddəsinin 1-ci abzasına əsaslanırıq. Əgər müqavilənin bağlanması üçün zəruri olarsa, bu müddəa ilə məlumatların emalına yol verilir. Əgər məlumatlara olan tələbat ərizənin emal prosesi başa çatdıqdan sonra, məsələn məhkəmə araşdırması üçün yaranırsa, məlumatların emalı, xüsusilə, məlumatların müdafiəsi üzrə Ümumi reqlamentin (DSGVO/GDPR) 6-cı maddəsinin 1-ci abzasının f) yarımbəndinə uyğun olaraq qanuni maraqlara əməl edilməsi üçün məlumatların müdafiəsi üzrə Ümumi reqlamentin (DSGVO/GDPR) 6-cı maddəsinin müddəalarına əsaslanır. İndiki halda hədəf məqsədilə söhbət iddiaların irəli sürülməsindən və ya iddialar irəli sürüldüyü zaman müdafiə tədbirlərindən gedir.

 

Məlumatların saxlanma müddəti

 

İmtina edildiyi halda ərizəçi-namizədlərin məlumatları 6 ay sonra silinəcəkdir. Əgər ərizənin verilmə prosesi çərçivəsində Sizinlə müqavilə bağlanarsa, Sizin məlumatlarınız boş vakansiyalar üzrə məlumatlar sistemindən bizim heyət üzrə informasiya sistemimizə köçürüləcəkdir.

 

Məlumatların ötürülməsi

 

Sizin vakansiya üçün ərizəniz alındıqdan sonra məlumatlara kadrlar şöbəsi tərəfindən baxılacaqdır. Uyğun ərizələr sonradan şirkət daxilində müvafiq boş mövqeyə görə cavabdeh şəxsə göndərilir. Sonra gələcək hərəkətlər müəyyən edilir. Sizin məlumatlarınızdan şirkətdə prinsipial olaraq yalnız bu vakansiya üçün ərizənin emal prosesinin lazımi qaydada aparılması vacib olan şəxslər sərbəst istifadə edə bilər.

 

Məlumatların emal olunduğu yer

 

Məlumatlar İsveçrədə hesablama mərkəzində emal olunur. Bizim şirkətdə hesablama mərkəzinin rəhbərliyi ilə oxşar məlumatların emalına yol verən məlumatların emalı haqqında müqavilə bağlanmışdır. Aİ Komissiyasının qərarı ilə İsveçrə məlumatların tələblərə cavab verən müdafiə səviyyəsinə malikdir.

 

Sizin məlumat subyekti kimi hüquqlarınız

 

Sizin emal etdiyimiz fərdi məlumatlarınız üzərində hüququnuz var. Belə informasiya ilə bağlı qeyri-yazılı formada sorğu alındığı zaman Sizdən məhz qələmə verdiyiniz həmin şəxsin Siz olduğunuzun sübutu tələb olunacaqdır, Sizin anlayışınıza ümid edirik. Siz həmçinin buna hüquqi səlahiyyətiniz olduğu dərəcədə emalı təshih etmək, dayandırmaq və ya məhdudlaşdırmaq hüququna maliksiniz. Bundan əlavə, Siz emala qarşı qanunvericiliyin tələbləri çərçivəsində etiraz edə bilərsiniz. Eynisi məlumatları ötürmək hüququna da aiddir.

 

 

Şikayət vermə hüququ

 

Siz məlumatların müdafiəsi üzrə nəzarət orqanına fərdi məlumatların tərəfimizdən emalı ilə bağlı bizim şirkəti şikayət etmək hüququna maliksiniz.

 

Vacib qeyd: career.az@alpenpharma.com ünvanına rezüme göndərməklə, Siz göstərilən bütün fərdi məlumatların aktuallığını təsdiq edirsiniz və onların emalına öz razılığınızı verirsiniz.  

 

Şəxsi məlumatların qorunması ilə bağlı hər hansı bir sualınız varsa, aşağıdakı əlaqə məlumatlarını istifadə edərək bizə müraciət edin:

Email: data.protection@alpenpharma.com