ALPENTA

Tərkibi: pivə mayası (Saccharomyces cerevisiae), darı toxumlarının ekstraktı (Panicum miliaceum L.), L-sistein (L-cysteine), keratin (keratin),

paraaminobenzoy turşusu (para-aminobenzoic acid (PABA)), biotin (biotin).

Tərkibində GMO, qlüten və laktoza yoxdur.

Vegetarianlar və veqanlar üçün uyğundur.

 

İstifadəsinə göstərişlər

Saç, dəri və dırnaqların və eləcə də energetik metabolizmin normal vəziyyətinin dəstəklənməsi məqsədi ilə tövsiyə olunan BFMQƏ.

 

ALPENTA saçların, dırnaqların və dərinin gözəlliyini və sağlamlığını, eləcə də onların normal vəziyyətini və quruluşunu qorumaq və təşviq etmək üçün xüsusi kompleksdir.

 

Alpenta gündəlik enerjini artırır və emosional, fiziki və psixoloji stress zamanı bədəni dəstəkləyir. Alpentanın təsiri onun tərkib hissələri ilə müəyyən edilir.

 

Pivə mayası (Saccharomyces cerevisiae) zülallar, yağlar, karbohidratlar, bioloji aktiv mikroelementlər, çox miqdarda B vitaminləri (B1, B2, PP, fol və para-aminobenzoy turşuları) və mineral duzlar (kalium, fosfor, maqnezium) ehtiva edir. Saçların sürətli uzanmasını təmin edir və onları gücləndirir. Yaşlanma prosesini tormozlayan və bədənin müdafiəsini gücləndirməyə kömək edən antioksidant kimi təsir göstərir.

 

Darı toxumu ekstraktı (Panicum miliaceum L.) saç follikullarında və dəridə normal metabolik proseslərin qorunmasında əsas rol oynayan amin turşuları, vitaminlər və minerallar, karbohidratlar və nişasta ehtiva edir.

Darı ekstraktı saçın və dərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, saç tökülməsinin qarşısını alır, dəridə quruluğu aradan qaldırır və onda vacib nəmliyi saxlayır.

Ekstrakt hüceyrə metabolizmasını, hüceyrə proliferasiyasını və toxuma bərpasını gücləndirir, sağlam dərini dəstəkləyir.

Darı toxumu ekstraktının əsas aktiv tərkib hissəsi olan miliasinin follikulları stimullaşdırdığı və saç köklərini gücləndirdiyi sübut edilmişdir.

Silisium turşusu darı ekstraktının digər unikal tərkib hissəsidir. Saçların yenidən qurulmasını və güclənməsini təşviq edir.

 

L-sistein – dəri toxumasının əmələ gəlməsində iştirak edir, kollagen əmələ gəlməsini təşviq edir və dəri elastikliyini və teksturasını yaxşılaşdırır. L-sistein müxtəlif saç tökülməsi ilə əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərdə struktur zədələnmələrin bərpasına kömək edir və saç tökülməsini yavaşlatır.

Bundan əlavə, L-sistein güclü bir antioksidantdır, zəhərli maddələri neytrallaşdırmağa və bədəni sərbəst radikalların zərərli təsirlərindən qorumağa kömək edir.

İmmun sisteminin fəaliyyətinin tənzimlənməsinə təsiri əsasən iltihab əleyhinə interleykinlərin miqdarının normallaşması ilə əlaqələndirilir.

 

Keratin – saç və dırnaqların əsas komponentidir, saç strukturunu yaxşılaşdırmaqla, təbii keratin təbəqəsini bərpa etməklə və mexaniki və kimyəvi stressə qarşı müqavimətini artırmaqla müxtəlif səbəblərdən yaranan saç tökülməsini azaltmağa kömək edir.

Keratin təxminən 20 ə yaxın amin turşusu ehtiva edir və xüsusilə molekullar arasında disulfid bağları əmələ gətirən, bütün saç quruluşuna sərtlik və sabitlik verən sisteinlə zəngindir. Saçdakı təbii keratin səviyyəsi onlara sağlam parıltı təmin edir və saç qırılmasının qarşısını alır.

Keratin həmçinin sağlam dırnaq böyüməsini təşviq edir, möhkəmliyini artırır və görünüşü yaxşılaşdırır.

Para-aminobenzoy turşusu (B10 vitamini) dəriyə, saça və dırnaqlara fayda verən, onların bərpasını yaxşılaşdıran güclü bir antioksidandır. Vaxtından əvvəl qocalmanın, qırışların yaranmasının qarşısını alır. Məhz Para-aminobenzoy turşusu derma qatını UB şüalarından qoruyur.

B10 vitamini antioksidant, immunostimulyator, antiviral və antiallergik xüsusiyyətlərə malikdir.

Biotin –           metabolik proseslərin (karbohidratlar, yağlar və zülallar) normallaşdırılmasında mühüm rol oynayır və normal hüceyrə böyüməsi və inkişafı üçün vacibdir. Biotin kollagen zülalının sintezində iştirak edən və nəticədə dərinin quruluşuna (saç və dırnaqlar daxil olmaqla), onların möhkəmliyinə və elastikliyinə müsbət təsir göstərən kükürd mənbəyidir.

Biotin, iltihabı və oksidləşdirici stressi stimullaşdıran və saç tökülməsində əhəmiyyətli rol oynayan iltihab əleyhinə sitokin olan TNF-α istehsalını azaltmağa kömək edir.

Biotin möhtəşəm və sağlam saçların böyüməsi üçün vacib maddədir.

 

ALPENTA-nın balanslaşdırılmış tərkibi sağlam saçların, dırnaqların və dərinin qorunması üçün vacibdir.

Buna görə də, aşaqda qeyd olunan hallarda həkim tövsiyəsi ilə ALPENTA müntəzəm pəhrizə əlavə kimi istifadə edilə bilər.

 

– saç strukturunun dəyişiklikləri (kövrəklik, solğunluq, seyrəlmə, artan yağlılıq və ya quruluq)

– saçın, dırnaqların və dərinin normal fəaliyyətini qorumaq üçün

– saç böyüməsinin bərpasını təşviq etmək (saç tökülməsi və s. halında)

– kövrək və parçalanan dırnaqların böyüməsini və möhkəmliyini təşviq etmək üçün.

– dəri metabolizmasını dəstəkləmək üçün; – zədələnmə halında dəri regenerasiyasını qorumaq və təşviq etmək üçün

– fiziki və psixoloji stress zamanı bədəni dəstəkləmək üçün

İstifadə qaydaları və tövsiyə olunan gündəlik qəbul:

Böyüklərə – qida qəbulu zamanı sutkada 1 kapsul təyin olunur. Tövsiyə olunan kurs müddəti 3-6 aydır. Lazım gələrsə, kurs uzadıla və ya təkrarlana bilər.

Buraxılış forması : №90 kapsul

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Alpentanın hər hansı bir komponentinə qarşı həssaslığınız varsa, istifadə etməyin.

BFMQƏ normal qidalanmanı əvəz etmir.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşləşin.

Saxlanma şəraiti

+ 25° C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.