1 kapsulda
təsiredici maddələr: Saccharomyces boulardii DBVPG 6763 – 250 mq (5×109 KƏV*),
Lactobacillus rhamnosus GG ATCC 53103 – 15 mq (2×109 KƏV*), Inulin – 48,8 mq.
köməkçi maddələr: Silisium dioksid, Maqneziumun yağlı turşularının duzları, Kalsium karbonat.
KƏV* – koloniya əmələgətirən vahidlər.
Xüsusiyyətləri
Aktiv Flora Duo diareya əleyhinə, antimikrob, antitoksik və immunomodulyar xüsusiyyətlərə malik olan simbiotikdir və bu xüsusiyyətlər sayəsində, geniş spektrli patogen və şərti patogen mikroorqanizmlərə münasibətdə yüksək aktivlik nümayiş etdirir.
Aktiv Flora Duonun tərkibində olan Saccharomyces boulardii və Lactobacillus rhamnosus GG kəskin diareya simptomlarının qarşısının alınmasına və aradan qaldırılmasına, habelə, nəcis kütlələrinin konsistensiyasının normallaşmasına səbəb olur, həzm yolunun faydalı mikroflorasının bərpa olunması üçün əlverişli şərait yaradır.
Saccharomyces boulardii probiotik kimi geniş istifadə olunan, mədə- bağırsaq yolunun kəskin və xroniki xəstəlikləri zamanı effektivliyi və əlverişli təsiri klinik tədqiqatlarla təsdiqlənmiş canlı mayadır.
Patogen bakteriyaların artımına təzyiqin göstərilməsi və bağırsaq mikroflorasının translokasiyasının azaldılması yolu ilə S. boulardii təsdiqlənmiş antimikrob aktivlik göstərir.
S. boulardii toksinləri parçalayan və toksinin ələqələndirildiyi enterosit reseptoruna təsir göstərən proteazların ifraz edilməsi ilə şərtləndirilən antitoksik xüsusiyyətlərə malikdir. Antisekretor xüsusiyyətlər isə, enterositlərdə sAMF səviyyəsinin aşağı düşməsi ilə şərtləndirilir ki, bu, bağırsaq mənfəzinə suyun və natriumun sekresiyasının azalmasına səbəb olur.
S. boulardiidiareyalı pasiyentlərdə normal bağırsaq mikroflorasını bərpa etməyə kömək edir.
Klinik tədqiqatlar zaman Saccharomyces boulardii-nin antibiotiklərlə əlaqələndirilən diareya zamanı, Clostridium difficile-nin-infeksiya, bağırsaq disbiozu, kəskin və xroniki diareya, uzunmüddətli enteral qidalanma ilə əlaqəli diareya, səyahət diareyası zamanı müsbət xüsusiyyətlərə malik olduğu müşahidə olunmuşdur. Qıcıqlanmış bağırsaq sindromu, psevdomembranoz kolit, parazitar infeksiyalar, məsələn, lyamblioz, amebiaz, blastositoz zamanı yüngülləşmə müşahidə olunmuşdur.
Saccharomyces boulardii DBVPG 6763 ştammı genetik baxımdan Saccharomyces boulardii Hansen CBS 5926 (S. boulardii CNCM I-745) və S. buolardii ATCC MYA-796 ştammlarına identik ştamm hesab olunur.
Aktiv Flora Duo-nun tərkibində ən geniş istifadə olunan probiotik ştamm olan Lactobacillus rhamnosus GG ATCC 53103 var. Bu ştammın müxtəlif xüsusiyyətləri, o cümlədən, mədə- bağırsaq infeksiyalarının və diareyanın profilaktikası, habelə, immunitetin yaxşılaşdırılması və ya hətta müəyyən allergik əlamətlərin qarşısının alınması yaxşı tədqiq olunub.
L.rhamnosus GG ATCC 53103 hazırlanması zamanı istifadə olunan mikrokapsullaşdırma texnologiyası sayəsində, bakteriyalar canlı olaraq qalır və öz xüsusiyyətlərini qoruyub saxlayır.
L.rhamnosus müxtəlif növ diareyaları, xüsusilə, antibiotiklərin qəbulu ilə əlaqəli olan diareyanın inkişafının qarşısını almağa kömək edir və müalicə olunmasına səbəb olur. Antibiotiklər bağırsağın mikrobiotasını poza, bu da diareya kimi simptomlara səbəb ola bilər. Bundan əlavə, antibiotiklər qəbul edilərkən və qəbul edildikdən sonra probiotiklərin qəbul edilməsi sağlam
L.rhamnosus bakteriyalarını bərpa etməyə, müxtəlif növ diareyalardan, məsələn, səyahət diareyasından, kəskin yoluxucu diareyadan və kəskin qastroenterit zamanı müşahidə olunan diareyadan qorunmağa kömək edə bilər.
Sübut edilmiş xüsusiyyətləri və təhlükəsizliyi sayəsində, Lactobacillus rhamnosus GG ATCC 53103 ştammı hazırda müxtəlif tədqiqatlarda referent ştamm kimi istifadə olunur.
Saccharomyces boulardii və Lactobacillus rhamnosus GG Ümumdünya qastroenteroloqlar təşkilatı (World Gastroenterology Organisation) tərəfindən kəskin diareyası, habelə, antibiotiklərin qəbulu nəticəsində yaranmış diareyası olan pasiyentlərin terapiyasında istifadə üçün tövsiyə olunub.
İnulin fruktanlar kimi tanınan karbohidratlar kateqoriyasına aid edilir. Fruktanlar arasında onun sadəcə həll olunan qida lifləri statusunu təsdiqləyən, həmçinin, onu effektiv prebiotik kateqoriyasına aid edən molekulyar strukturu ilə fərqlənir.
Probiotiklərin və prebiotiklərin kombinasiyası mikrofloraya xoş təsir göstərir, selektiv olaraq mədə- bağırsaq yolunun sağlam olmasına kömək edən və mikrob balansını yaxşılaşdıran bir və ya məhdud sayda bir neçə bakteriyanın artımını stimullaşdırır və katabolizmini aktivləşdirir.
Tərkibində qlüten yoxdur.
İstifadə üzrə tövsiyələr
– Qida rasionuna pəhriz əlavəsi, mədə -bağırsaq yolunun funksional vəziyyətinin mümkün pozulması zamanı və orqanizmin dolayı olaraq bağırsaq mikroflorasının disbalansı ilə əlaqəli olan vəziyyətlərində bağırsaq mikroflorasının dəstəklənməsi və ya bərpa edilməsi və ya bağırsaq mikroflorasının normal balansının bərpa edilməsi üçün 4 yaşdan başlayaraq uşaqların və böyüklərin qida rasionuna əlavə edilməsi üçün tövsiyə olunan əlavə bioloji aktivliyə malik maddələr mənbəyidir. Bağırsaq mikroflorasının normal balansı həzm proseslərinin, orqanizminizin immunitetinin dəstəklənməsinə kömək edir.
– Diareyanın müalicəsi və yaranmasının qarşısının alınması halında (o cümlədən, bağırsaq mikroflorasına mənfi təsir göstərən tibbi preparatların, məsələn, antibiotiklərin istifadəsi nəticəsində) mikroflora balansının normallaşdırılması məqsədilə qida rasionuna əlavə edilməsi.
Əks göstərişlər: Məhsul tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.
İstifadə qaydası və dozası
4-18 yaş arası uşaqlar: 1 kapsul gündə 1 dəfə
Böyüklər: gündə 1-2 kapsul
Bütöv şəkildə udmaq və ya kapsulun içindəkini dilin üstünə tökmək və üstündən su içmək olar.
Antibakterial terapiya zamanı Aktiv Flora Duo antibiotiklərlə birlikdə qəbul edilə bilər.
Yararlılıq müddəti: 2 il.
Saxlanma şəraiti
25° C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
Kapsul №10 (1×10) blisterdə,karton qutu qablaşdırmada.
İstehsalçı
Dr. Gustav Klein GmbH & Co. KG, Almaniya.