Distreptaza

Statistikaya görə, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri ( yumurtalıqların, uşaqlığın, prostat vəzin və. s. iltihabı)- reproduktiv (16-49 yaş) yaş dövrlü pasientlərdə ən çox rast gəlinən problemlərdəndir.

Bu xəstəliklər sonsuzluq , uşaqlıqdan kənar hamiləlik, menstrual  funksiyalarin pozulması, bitişmə xəstəliyi, xroniki çanaq ağrıları kimi ciddi ağırlaşmaların inkişaf riski üçün çox təhlükəlidir.  Əgər iltihab artıq əmələ gəlibsə, seçilmiş müalicə, kompleks  və professional olmalıdır. Müalicə sxeminə birinci gündən qan dövranını yaxşılaşdıran, iltihab ocağında antibakterial preparatların konsentrasiyasını  artıran, iltihabi prosesi güclü və sürətli aradan qaldıran, bitişmələrin əmələ gəlməsinin  profilaktikasını  təmin edən – streptokinaza tərkibli  preparatlar ( məs. Distreptaza suppozitoriyaları); törədici aşkarlanıbsa, antibakterial preparatlar daxil edilir. Eləcə də immunomodulyatorlar  desensibilizə edici preparatlar, simptomatik müalicə( spazmalitiklər, analqetiklər), qadınlarda vaginal mikrofloranın bərpası üçün preparatlar qəbul olunur.

Distreptaza– ferment preparatıdır, tərkibində fibrinolitik – streptokinaza (15 000m.v) və proteolitik – streptodornaza ( 1250 m.v) var. Distreptaza iltihab əleyhinə effekt göstərir iltihab ocağında mikrosirkulyasiyanı  yaxşılaşdırır, ödemi aradan qaldırır, iltihab ocağında immun hüceyrələrin (irinin) lizisini və reabsorbsiyasını (təmizlənməsini) sürətləndirir. 2,5-3 dəfə daha tez ağrı sindromlarının və dizurik əlamətlərin (tez-tez olan ağrılı sidik ifrazı, yalançı çağırışlar) aradan qalxmasını təmin edir. USM nəticələrinə görə müalicə sxemində Distreptaza preparatının istifadəsi iltihab əlamətlərini daha tez aradan qaldırır, reparasiya proseslərini  3 dəfə sürətləndirir. Residivləşmə riskinin azalması, sonsuzluq və bitişmə xəstəliklərinin  əmələ qəlməməsi  üçün Distreptaza preparatının istifadəsi  çox vacibdir. Beləliklə müalicə sxeminə Distreptaza preparatını qoşmaqla müalicə effektivliyini 96-98%-ə çatdırmaq olar. Distreptaza ginekologiyada, uroloji patalogiyalarda, proktologiyada , əməliyyatlardan sonra müvəfəqiyyətlə istifadə olunur. Distreptaza yalnız iltihabi proseslərin kompleks  terapiyasında  deyil, qadın və kişi sonsuzluğunun, yumurtalıq kistlərinin, abortlardan sonraki erkən reabilitasiyanın, hamiləliyin pozulmasından sonra iltihab və bitişmələrin qarşısının alınması məqsədi ilə də istifadə olunur. Distreptaza- aseptik iltihabın aradan qalxması, xroniki çanaq ağrılarında və bitişmələrində ağrı sindromlarının azalması məqsədi ilə də istifadə olunur.

Distreptaza– sonsuzluq, bitişmə xəstəliyi və iltihabin müalicəsidir.