Nisita

Burun boşluğu selikli qişasında quruluğu hamımız hiss etmişik. Belə xoşagəlməz vəziyyət çox vaxt burun tutulması ilə birgə müşahidə olunur. Bununla yanaşı burunda göynəmə, qaşınma hissi, qabığın əmələ qəlməsi, qanamalar və baş ağrısı da ola bilər. Burunun selikli qişasındaki quruluq, yalnız burun tənəffüsünü çətinləşdirməklə deyil, həm də gecə yuxusunu pozaraq diskomfort  yaradır. Selikli qişaların havanı təmizləmə və nəmləndirmə kimi  təbii funksiyaları pozur, xəstəlik törədə bilən mikroorqanizmlərin  ağ ciyərlərə düşməsinə səbəb olur. Burun quruluğuna gətirib çıxaran ən çox yayılmış səbəblər: Müəyyən tibbi preparatların qəbulu (damardaraldıcı damcılar və antihistamin vasitələr), əlverişsiz ətraf mühit (quru hava, tozlu hava və. s.), yaşla əlaqəli selikli qişanın atrofiyası və seliyin əmələ gəlməsinin azalması. Bilmək vacibdir ki, burunda sərt qabiqlar yaranan zaman onları qoparmaq olmaz. Çünki, bu selikli qişanı zədəliyir , qanamalara səbəb olur, beləliklə də daha çox quruluğun əmələ gəlməsinə təkan verir. Bəs necə kömək etməli? Çıxış yolu var! Xüsusi  hazırlanmış Nisita vasitəsi,  burun tutulmaları və quruluqla mübarizədə sizin etibarlı köməkçinizə çevrilə bilər. Nazal sprey və maz

Nisita– tərkibindəki natrium hlorid və natrium bikarbonat sayəsində burun tutulmaları yüngülləşdirir (rinitlərdə selikli gişanı təmizləyərək nəmləndirir, quru havada əmələ gəlmiş qabıqları yumşaldaraq kənarlaşdırır).

Nazal sprey və maz Nisita– tərkibində konservant saxlamır. Böyüklərə və sıfır yaşdan  bütün uşaqlara, hamilələrə və südverən qadınlara tövsiyyə olunur.  Ehtiyac olarsa uzun müddətli istifadəsi mümkündür. Nisita- burunun selikli qişasını nəmləndirəcək, burun tutulmalarından və qabıqların əmələ gəlməsindən azad edir.