Solidaqoren– böyrəklərin iltihabi xəstəliklərinin təhlükəsiz və effektiv müalicəsində, dizurik pozğunluqların korreksiyasında, sidik kisəsində daşların əmələ qəlməsinin profilaktikasında, o cümlədən sidik yollarından onların çıxarılmasında( metafilaktika) istifadə olunan akvaretik aktivlikli fitouroantiseptikdir.
Solidaqoren sidik- ifrazat yollarının iltihabi xəstəliklərinin müalicəsində kompleks yanaşmanı təmin edir—sidik- ifrazat yollarının pozğunluğuna etioloji və patogenetik təsir etməklə simptomları aradan qaldırır.
Solidaqoren– nəzərəçarpan antibakterial, iltihab əleyhinə, ağrıkəsici, spazmolitik, urolitik, sidik- ifrazat yollarının kəskin və xroniki xəstəliklərinin uzunmüddətli müalicəsində elektrolit balansı pozmadan yüngül sidikqovucu təsiri (qiciqlanmış sidik kisəsi sindromu, sistit, pielit, uretrit, pielonefrit, bakteriuriya) olan, o cümlədən sidik- ifrazat yollarının daşlarında profilaktika məqsədi ilə istifadə olunan orijinal, 3 komponentli alman fitopreparatıdır.
Urogenital traktın residivləşən kəskin və xroniki xəstəliklərinin əsas müalicəsini təmin edir.
Preparatın effektivliyi və təhlükəsizliyi elmi tədqiqatlarla sübut edilmişdir.