Traxisan– ağız boşluğu və udlağın infeksion-iltihabi xəstəliklərinin effektiv müalicəsində istifadə olunan 3 komponentli preparatdır.
Traxisan geniş antibakterial təsir spektrinə və tez ağrıkəsici (analgetik) effektivliyə malikdir. Böyüklər və 4 yaşdan etibarən bütün uşaqlarda istifadəsi tövsiyyə olunur. Traxisan preparatının tərkibinə topik antibiotik- Tirotrisin, antiseptik- xlorqeksidin və analgetik- Lidokain daxildir. Tirotrisin- topik (yerli) antibiotik olaraq, geniş spektirli antibakterial təsirə malikdir. Tirotrisin qana sorulmur, məhz buna görə də, orqanizmə neqativ sistem təsiri yoxdur. Yalnız yerli təsir göstərir! Antibiotiklərdən fərqli olaraq, xüsusi təsir mexanizminə malik olduğu üçün mikroorqanizmlərdə rezistentlik (öyrəşmə) yaratmır. Xlorheksidin- qram”-“ və qram”+” bakteriyalara antimikrob təsir göstərən geniş spektirli antiseptikdir. Lidokain- ən geniş istifadə olunan yerli anestetikdir. Digər anestetiklərdən bir neçə üstünlüyü var. T
Traxisan, aktiv komponentlərinin kombinasiyası hesabına 3 istiqamətdə təsirə malikdir: antibakterial, antiseptik xüsusiyyətlərinə görə, ağız boşluğu və udlağin infeksion- iltihabi xəstəliklərinin əsastörədicilərinə təsir edir, tərkibindəki lidokain hesabına isə tez bir müddətdə ağrıkəsici effekt verir.
Traxisan preparatının effektivliyi və təhlükəsizliyi kliniki tədqiqatlarla sübut olunub.
Traxisan– boğaz ağrıları və infeksiyaları zamanı təcili yardım! 70% xəstələrdə traxisan preparatının qəbulundan 2 saat sonra boğazdaki ağrı hissiyatı keçmişdir. Traxisan preparatı 4 yaşdan aşağı uşaqlara tövsiyyə olunmur.