Prostamed– prostatitlərdə və prostat vəzin xoşxəssəli hiperplaziyalarının patogenetik müalicəsində istifadə olunan kompleks alman fitopreparatıdır. Prostamed ikili təsir mexanizminə ( həm prostata, həm də sidik kisəsinə təsir edir), nəzərəçarpan iltihabəleyhinə və ağrıkəsici təsirə, hormonal fona müdaxilə etmədən reproduktiv funksiyanı, patensiya və libidonu azaltmamağa malikdir. Xüsusi standartlaşdırılmış ekstraktlardan ibarət ənənəvi bitki tərkibi artıq, 60 ildən çoxdur ki, Avropada istifadə olunur.
Prostamed– prostat vəzin xoşxəssəli hiperplaziyasında və prostatitlərdə kompleks müalicəni təmin edir. Beləliklə də, sidik kisəsi simptomatikasına təsir edən preparatların seçiminə ehtiyac qalmır.
Prostamed– finasteridin əvəzinə (cavan kişilərdə) alfaadrenoreseptorlara stimullaşdırıcı təsir göstərir və hər pasientə individual dozanın seçilmə imkanlarını təmin edir. Tərkibində boranı olan, digər preparatlardan fərqli olaraq Prostamed tərkibində- boranının yeganə müalicıvi növü olan Cucurbita pepo var. Styriaca- (hansı ki, tərkibində 5,4 dəfə çox fitoesterollar saxlayır) toxumlarından xüsusi patentləşmiş metodla alınan boranı qlobulini saxlayır. Preparat tərkibindəki boranı qlobulini seksual aktivliyin bərpasını təmin edir. Preparatın qəbulunun effektivliyi və təhlükəsizliyi kliniki tədqiqatlarla sübuta yetirilib.